01:34
21-10
Sual: Salam .hervaxtiniz xeyr men 2 ildir aile qurmusam, bosanmaq istiyirem., bunun ucun huquqi bolgu haqqinda mene melumat vere bilersini ? Birde ki ,adimi ve soy adimi deyismek ucun hansi senedler teleb olunur?
Cavab:
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
02:48
20-10
Sual: Salam. Biz boşanmaq üzrəyik. İşimiz məhkəmədədi. Uşaqlar anası ilə rusiyada yaşayır. Azərbaycan vətəndaşlarıdı. Məhkəmə uşaqları anasında saxlasa və anası uşaqları mənə göstərməkdən imtina etsə uşaqların mənə verilməsinə dair və uşaqların Rusiyadan Azərbaycana gətirilməsinə dair yenidən iddia qaldira bilərəmmi? Xatırladım ki, mənim rusiyaya girişimə qadağa var. gedə bilmirəm Rusiyaya. Əvvəlcədən təşəkkürlər.
Cavab:
02:25
20-10
Sual: Salam. Mən keçmiş həyat yoldaşımla məhkəmə qaydasında boşanmışam. Məhkəmə qərarı ilə də 3 yaşında qızım üçün həftənin şənbə və bazar günləri 3 saat (anasının iştirakı ilə) görüş izni verilibdir. Lakin keçmiş həyat yoldaşımının məni şərləməsindən qorxduğum üçün uşaqla həmin günlər də görüşə bilmirəm. Qızım uşaq bağçasına gedir. Xahiş edirəm mənim aşağıdakı sualıma ətraflı cavab verəsiniz: MƏN ÖZ QIZIMI UŞAQ BAĞÇASINDA MANEƏSİZ GÖRƏ BİLƏRƏMMİ? Alimentİ də vaxtı vaxtında verirəm. Qanunlara görə mən də öz övladımın tərbiyəsində iştirak edə bilərəm. İkinci sualım budur: NECƏ? Mümkündürsə email ünvanıma da cavab göndərəsiniz. ƏVVƏLCƏDƏM MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM!
Cavab:
02:21
19-10
Sual: Salam.eger dogum haqqinda şehadetname itibse bununla bagli hara muraciet olunmalidir...? 40-45il bundan once alinmish bir sened onceden teshekkur
Cavab:
11:16
14-10
Sual: Salam bir sualim var usagin 9 yasi var ata ana bosanir usaq anaya getmek istemir usagi zorla mehkeme anaya vere biler???
Cavab: Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.
Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.
08:29
13-10
Sual: salam.atam Qarabag elili idi,rehmete gedib.anamdan da ayrilmiwdi atam.indi biz 2qizi olaraq ev novbesini adimiza sakdirmaq isteyiik.ancaq deyirler ki ancaq yoldasina dusur ev novbesi ve bizi cixardirlar novbeden.duzgundurmu bu?
Cavab:
Əgər ananız 2 il əvvəl atanızdan rəsmi qaydada boşanıbsa o, ailə üzvü hesab olunur. Belə ki, Mənzil növbəsinə Sizin durmaq hüququnuz var.
02:25
13-10
Sual: Mən 01.07.2014-cü il tarixindən "A" şirkətində baş mühasib vəzifəsindən öz xahişimlə işdən azad olunmuşam. Lakin bu günədək əmək kitabçam və son haqq-hesab (istifadə olunmamış məzuniyyətə görə kompensasiya) mənə ödənilməmişdir. Sizdən xahiş edirəm ki, keçmiş 3 ay müddətində mənə vurulmuş maddi ziyanın ödənilməsi və əmək kitabçamın verilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliyin hansı maddələrinə əsaslanmalı olduğumu bildirəsiniz.
Cavab:
06:53
10-10
Sual: 2011-ci ildə boşanmışam, nikahdan 1 uşağımız var, anası 2 ilə yaxındır ki, rəsmi nikaha daxil olub və hal-hazırda Türkiyə Respublikasında öz yeni ailəsi və mənimlə birgə nikahdan olan uşağımızla yaşayır. Həmin vaxtdan indiyədək mən övladımı görə bilmirəm. Lakin buna baxmayaraq, hər ay məndən aliment tutulur. Sualım belədir ki, mən alimentin ödənilməsinə xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etsəm, xitam verilə bilərmi ?
Cavab:
09:42
09-10
Sual: salam menim babam vefat edib. Bilmek isteyiremki onun nikahinda olan yoldasinin nikahini pozmaq olarmi?
Cavab:
15:09
02-10
Sual: salam.men size sual yazmisdim.ata qarabag elilidir ve bu mayda vefat etdi.indi onun menzil novbesi ancaq anamin adina kecmelidir deyirler.ancaq anam atamdan 2il evvel bosanib.atamin 2qizi var.menzil novbesi ovladlarina dusmur?mutleq yoldasina kecmelidi?eger dusmurse biz ovladlari olaraq ne etmeliyik?cox sagolun
Cavab:
Əgər ananız 2 il əvvəl atanızdan rəsmi qaydada boşanıbsa o, ailə üzvü hesab olunur. Belə ki, Mənzil növbəsinə Sizin durmaq hüququnuz var.
