Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

12:27

04-12

ZEYNEB ATAY

Sual: salam menim 2aylig oglum var adini deyismek mumkundurmu.hansi senedlet lazimdir

Cavab:  bu məqsədlə “ASAN xidmət” mərkəzinə üz tutan vətəndaşdan 9 sənəd tələb olunur:

- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;

- ərizə verən şəxsin doğum şəhadətnaməsi;

- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;

- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;

- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.

Bəs şəxsiyyət vəsiqəsində və ya doğum şəhadətnaməsində orfoqrafik səhvlə yazılan adları necə dəyişmək olar? Azərbaycanda belə hallara çox rast gəlinir: sənədlərdə Rafael əvəzinə Rəfayıl; Oqtay əvəzinə Oktay... Bu halda vətəndaş nə etməldir? 

İstənilən halda adın dəyişdirilməsi üçün vətəndaşın doğum şəhadətnaməsi əsas götürülür: “Bizim adın dəyişdirilməsi üzrə həyata keçirdiyimiz xidmət Ədliyyə Nazirliyinə aiddir. Əgər şəxsiyyət vəsiqəsi və ya xarici pasportda doğum şəhadətnaməsi ilə üst-üstə düşməyən məlumat varsa, hər hansı texniki səhv olubsa, onu vətəndaş dərhal, yerində və ya sonradan görüb gəlibsə, qurum sənədi dəyişir. Doğum haqqında şəhadətnamədə hansı məlumat varsa, onlar eynilə şəxsiyyət vəsiqəsində, daha sonra şəxsiyyət vəsiqəsinin əsasında da xarici pasportda əks olunur. Əgər doğum haqqında şəhadətnaməni alan vətəndaş burada yol verilən texniki səhvə əhəmiyyət verməyib onun əsasında şəxsiyyət vəsiqəsi, sonra pasport alıbsa, dəyişiklik kökündən aparılır.

Tutaq ki, adı doğum şəhadətnaməsində “Səyidə” göstərilən vətəndaş adının dəyişdirilib düzgün formada, yəni “Səidə” yazılmasını istəyirsə, yenə də bu, ad dəyişmə sayılır. Vətəndaş ilk olaraq aidiyyəti rayon üzrə vətəndaşlıq aktlarının dövlət qeydiyyatı şöbəsinə və ya həmin qurumun “ASAN xidmət” mərkəzlərindəki bölmələrinə müraciət edir, prosedur oradan başlayır. Çünki ilkin sənədi həmin qurum verib. Doğum şəhadətnaməsi dəyişəndən sonra yeni ada uyğun yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edilir. Prosedur yenə ad dəyişmədə olduğu kimi davam edir, eyni sənədlər təqdim edilir, dövlət rüsumu ödənir, yeni adla yeni şəxsiyyət vəsiqəsi alınır. Əsas sənəd kimi doğum haqqında şəhadətnamə və orada göstərilən məlumatlar götürülür”.

14:15

03-12

ANONIM

Sual: salam men 2 il yaxindi ayleliyem 6 ayliq qizim var.men ve yoldasim qelin kocduyum evin qeydiyatina qaynatam salmiyib bizi.ama usaq o evin qeydiyatindadi men bosansam o evden otag ala bilerem ?

Cavab:  Əgər "Yaşayış, istifadə hüququnun" tanınmasına dair evin mülkiyyətçisi ilə yazılı razılığınız yoxdursa gəlin getdiyiniz evdən sizə istifadə hüququ tanınmayacaq.

04:50

02-12

SETULLAYEV KAMRAN

Sual: gurcustan uneverstetlerinin birinde oxuyur.ona telebe bileti verilib.omuda qeyd etmek isteyiremki,imtahansiz tekce asetat qiymetleri ile qebul olub.biletin saxta olmadiqini nece oyrene bilerem ve hemin mektebin bizim tehsil nazirliyi ile muqavilesi olub olmadiqini bilmek ucun hara muraciet edim.xahis edirem mene bir meslehet goresiniz illik pul odenisini odemek ucun mekteb mene ne kimi senedleri vermelidir.

Cavab:  1.       AR Təhsil Nazirliyinə müraciət edin.

02:11

01-12

ALI MEMMEDOV

Sual: Salam. Evin kupçası anamın adınadır və o dünyasını dəyişib , vərəsəlik və ya bağış kağızı yoxdur , bir bacım var, evi satmağa onun da etirazı yoxdur. Evi başqasına satmaq üçün proseduru bilmək istərdim .Öncədən təşəkkülər

Cavab:  Cənab Məmmədov evlə bağlı Vərəsəlik məsələlərinə başlamağınız lazımdı. əgər ananızın vəfatından 6 aydan vaxt keçməyibsə ərazi aidiyyatı üzrə notariusa və ya aidyyatı Asan xidmətə müraciət edərək Vərəsəlik şəhadətnaməsi əldə edin. bunun üçün Bacınızın da yazılı razılığı lazım olacaq. əgər Notarisu müddət ötürüldüyü üçün Vərəsəlik şəhadətnaməsi verməsə o zaman "Miras Mülkə Qanun üzrə Vərəsəlik hüququnun tanınması, Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sözügedən Mülkə Mülkiyyət Hüququnun tanınmasına dair" iddia ərizəsi ilə əmlakın yerləşdiyi ərazi üzrə Məhkəməyə müraciət edin.

12:51

29-10

LAMIYE ELIYEVA

Sual: Salam,hormetli huquqsunas.Ana bosanmadan sonra atadan ne qeder aliment teleb ede biler? Bildiyimiz qederile bu maasin 1/4 hissesi qeder olur. Ancaq atanin maasi cemi 120 manatdir ki, bunun da 1/4-i 30 manat edir. Bu ise usagin telabatini tam odemeye yetmir. Ana standart miqdarda (103 manat) aliment verilmesini teleb ede bilermi? Bunun ucun ne etmelidir? Umumiyyetle alimentin maksimum miqdari ne qederdir? Miqdar deyiskenliyi neden asilidir? Xahis edirem ki, suallarima dolgun cavab veresiniz, evvelceden tesekkurumu bildirirem.

Cavab: Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğn miqdarı da qeyd olunmuşdur. Belə ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:


1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

yuxarıda göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Belə ki, şəxs alimentin miqdarının dəyişdirilməsini tələb edə bilər. Məhkəməninmüəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ  Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.

13:17

24-10

ISMIYEV ULVI

Sual: salam.nigah olmadan bir qadinin usaqi olarsa , aliment ala biler ?

Cavab:

 
Bəli, ala bilər.

15:46

22-10

GULTAC

Sual: Salam menım atam qarabag elılıdır ve menzıl novbesınde adı var.atam rehmete gedıb anam 2011ci il mart ayında bosanıb atamdan.oyrenmek ısteyırem kı ev novbesı anama duse bıler ya uwaqlarına?

Cavab:

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Əgər ananız qeyd edtdiyiniz kimi, 3 il əvvəl atanızdan rəsmi qaydada boşanıbsa o, ailə üzvü hesab olunmur. Belə olan halda, mənzil növbəsinə Sizin durmaq hüququnuz yaranır.

02:27

22-10

NEZRIN QASIMOVA

Sual: menim 17yasim var zaksa duse bilerem?

Cavab:

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Lakin, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

08:30

21-10

ELNUR QASıMLı

Sual: Salam. Xalamın (qohumumuzdu elə deyirik, atamın xalası qızı) Qobu qəsəbəsində həyət evi var. Bir həyətdə iki ədəd birmərtəbəli evdir. Xalamın adına torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə var. Şəhadətnaməni xalama Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi verib. Sənədi DTXK-nin Dövlət Yerquruluşu Layihə İnstitutu möhürlə təsdiq edib. Şəhadətnamə xalama 2006-cı ildə verilib. Evin şəhadətnamədən başqa sənədi yoxdur. Xalam evi mənə və əmim oğluna tən bərabər hissələrlə bağışlamaq istəyir. Xalam gərək əvvəl evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alsın? Xalamın adına kupça çıxsa bir həyət evinin kupçasını iki kupça etmək olar. Biri mənim adıma, o biri isə əmimoğlunun adına. Mənə birmərtəbəli ev və 8 sot həyət, əmim oğluna birmərtəbəli ev və 8 sot həyət düşür. Xalam mənə və əmim oğluna kupça vermək üçün nə etsin?

Cavab:

Məlumat üçün Sizə bildirilir ki,
AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti torpaq sahəsi, mənzil, fərdi yaşayış evi və sair daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır və bu hüquqlar həmin orqan tərəfindən verilən müvafiq Çıxarışla rəsmiləşdirilir. 
Deməli xala hesab etdiyiniz şəxsin ilk öncə AR ƏMDK yanında DƏDRX ev (mənzil) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olması və bu barədə onun çıxarışın alınması lazımdır. Daha sonram isə Siz alqı-satqı (və ya bağışlamanı) həyata keçirməli və (bölgü planı əsasında) torpaq sahələrinə payınıza uyğun çıxarış almalısınız.
Qeyd: Alqı-satqı (və ya bağışlama) müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

02:20

21-10

AZER

Sual: Salam, men bilmek isterdim ki, ishe goturen oz ischisini ishden sebebsiz ve ya ish bitimi ile elaqedar olaraq ishden azad etmek istedikde o oz ishcisine nece gun onceden xeberadrliq vermelidir, ve bunun ucun oz ishcisine eger emek muqavilesi bitmeyibse tezminat vermelidirmi ? Tesekkurler

Cavab:

Hörmətli vətəndaş, nəzərinizə çatdırmaq istərdik ki, işəgötürən işçini səbəbsiz yerə işdən çıxara bilməz. Təzminatla bağlı məsələyə isə, əmək müqaviləsi ilə tanış olaraq aydınlıq gətirə bilərsiniz.

6 7 8 9 10