Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

08:33

10-07

LEYLA

Sual: Mən sizdən məsləhət almaq istəyirəm.Mən Zaqatala rayonunda yaşayıram.Mənim ailə vəziyyətim, ailəmiz cox saydan ibarət olduğuna görə olduqca ağırdır.Mən Bələdiyyədə ev tikintisi üçün 6-7 il növbədə durmuşam.Bilmək istəyirəm ki, fərdi-mənzil tikintisi üçün, torpaq sahəsinin hər 1 ha sotuna dövlət rüsumu nəqədərdir. Çox xahiş edirəm bizə bu barədə ətraflı məlumat verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildirirık.

Cavab:

 
Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
Odur ki, sualınızda qoyulan məsələ ilə əlaqədar yaşadığınız ərazinin bələdiyyəsinə müraciət edin.
 

10:29

08-07

ORXAN

Sual: Salam. Marketde sirketlerden alinan mal esnasinda borclanan market sahibi eger iflasa ugrayarsa, Cinayet mesuliyyetine celb olunurmu bu halda, olunursa qanunda nezerde tutulmus hansi maddeye gore. Evvelceden Tesekkur edirem

Cavab: İflasa uğrama nəticəsində borcun qaytarıla bilməməsinə görə qanunda cinayət məsuliyyəti nəzərdə tutulmayıb.

07:17

08-07

REVAN

Sual: qacqin qizlarin yerli oglanlara ere getmesi onlarin corek pulu almasina mane olurmu?

Cavab:

“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə yemək xərci üçün aylıq müavinət verilmir.

04:58

08-07

KAMALə ƏLIYEVA

Sual: Salam! Yoldaşımın adına bağ sahəsi almaq istəyirik. Lakin həmin bağ sahəsi qeydiyyatdan keçməyib. Bizə bağ sahibindən verilən sənədlər: AR Bakı şəh. İcra kom-dən verilən order; Bakı şəh. xalq deputatları sovetinin icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyindən icarədara verilmiş sahədə öz gücüylə ev və hasar tikməyə icazə verən sənəd; mənim adıma bağ sahəsini sənədləşdirməyə imkan verən etibarnamə; sahibin həyat yoldaşı adından torpaq sahəsinin özəlləşdirməsinə etiraz etmədiyi barədə ərizə; sahibin nigahın bağlanması haqqında notariatla təsdiqlənmiş şəhadətnamənin surəti. Sualım budur - həmin torpağın özəlləşdirilməsi üçün daha nə sənəd lazımdır? Birbaşa yoldaşımın adına həmin bağ sahəsini özəlləşdirmək olarmı? Sənədlər hara təqdim olunmalıdır? Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Cavab:

Sözügedən bağ sahəsinin sualda qeyd etdiyiniz ilkin sənədləri hazırda bağ sahibinin adına olduğu üçün həmin sahə əvvəlcə onun adına özəlləşdirilməli və yalnız bundan sonra Siz həmin bağı alqı-satqı yolu ilə bağ sahibindən əldə edib özünüzün və ya həyat yoldaşınızın adına özəlləşdirə bilərsiniz.  Özəlləşdirmə ilə bağlı sənədlər daşınmaz əmlakın dövlət reyestr xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.

04:25

08-07

ASLAN ASLANOV

Sual: Salam.Mən2006-ilin dekabr ayında Azərittifaq İdarə heyyəti tərəfindən mənə satılmış İsmayıllı-İaşə MMC-nin inzibati binasının altındakı və ətrafındakı 430 m² torpaq sahəsini 430 manata İsmayıllı şəhər bələdiyyəsindən almışam.Həmin torpaq sahəsinə İsmayıllı rayon torpaq şöbəsi rəy və kadastr qeydiyyatı vəsiqəsi vermişdir.Eyni zamanda İsmayıllı bələdiyyəsi,İsmayıllı rayon torpaq şöbəsi və mənim iştrakımla torpağın alqı-satqı müqaviləsi tərtib edilmişdir.Həmin sənədləri 9 saylı Qəbələ Daşınmaz Əmlakın Reestr Xidmətinə təqdim etdikdə onlar həmin torpağın İsmayıllı bələdiyyəsindən deyil Dövlət Əmlak komitəsindən almağımı bildirdilər.Hal-hazırda mən həmin torpağı Əmlak Komitəsindən almışam.Binanın və torpağın mənim xüsusi mülkiyyətim olması barədə əlimdə Reestr xidmətindən çıxarış vardır.Mən İsmayıllı bələdiyyəsinə həmin torpağın səhvən mənə satılması barədə müraciət etmişəm ki,onun əvəzinə əlavə haqq ödənilmədən həmin sənədlər əsasında yenidən 430 m² torpaq sahəsi ayrılsın.Onlar isə mənə rəsmi olaraq bildiriblər ki, bu qeyri-mümkündür və məhkəməyə müraciət edim.Hal-hazırda Şəki İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi hazırlayıram.Odur ki,Sizdən xahiş edirəm mənim hüquqlarımı mənə izah edəsiniz.1)Mən məhkəmə qərarı ilə həmin ölçüdə torpaq sahəsi ala bilərəmmi? 2) İsmayıllı bələdiyyəsi 2006-cı ildə 1 m² torpaq sahəsini 1 manata satırdı.İndi isə 1 m² torpaq sahəsi 65 manata satılır.Torpağın indiki qiymətini, 27950 manatı Məhkəmə vasitəsilə iddia edə bilərəmmi? 3) İsmayıllı bələdiyyəsi mənim son müraciətimə 30 günə deyil 45 günə cavab vermişdir.Eyni zamanda rəsmi sənədlərdə görünməyən əlavə xərclərim çıxıb.Bunları mənə dəyən maddi və mənəvi ziyan kimi,həmçinin itirdiyim vaxtın dəyərini İsmayıllı bələdiyyəsindən tələb edə bilərəmmi? Yuxarıda qeyd edilənləri nəzərə alıb Sizdən xahiş edirəm ki,mən bilmədiyim hüquqlarımı bildirməklə iddia ərizəsinin tələb hissəsinin tərtib edilməsində mənə köməklik edəsiniz. Hörmətlə: Aslan Aslanov. Ünvan: İsmayıllı şəhəri, K.Qasımov küçəsi ev 8. Telefon: 0556604179;0706604179;0202854179. 08 iyul 2014-cü il.

Cavab:

Eyni ölçüdə yeni torpaq sahəsinə iddia etməkdə haqlı deyilsiniz. Belə ki, İsmayıllı-İaşə MMC-nin inzibati binasının altındakı və ətrafındakı 430 m² torpaq sahəsinə dair Sizinlə Bələdiyyə arasında bağlanmış müqavilə etibarsızdır; çünki həmin torpaq sahəsinə dair sərəncam vermək hüququ Bələdiyyəyə məxsus olmamışdır. Başqa sözlə, Bələdiyyə həmin torpaq sahəsinə dair müqavilə bağlamaq hüququna malik olmamışdır. Belə olan halda, Bələdiyyə müqavilə əsasında ona ödənilmiş 430 manat pul məbləğini Sizə qaytarmağa borcludur. Torpağın indiki qiymətinə iddia edə bilməzsiniz. Çünki mübahisəli torpaq sahəsini Dövlət Əmlak komitəsindən əldə edə bilmisiniz. Başqa sözlə, torpaq sahəsindən məhrum olmamasınız.
            Siz torpağa görə Bələdiyyəyə ödədiyiniz pulu və həmin pul vəsaitini özündə saxladığına görə hesablanacaq faiz (cərimə) məbləğinin Bələdiyyədən Sizin xeyrinizə tutulmasını, habelə mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.
 

14:45

07-07

MEXMER

Sual: Salam, men Tahirova Mexmer, 56 yaşındayam, 3 uşaq anasıyam, 17 il 6ay iş stajım (iş tecrübem) var. Sualım beledir ki, ne vaxt pensiyaya çıxa bilerem? Bu haqda mene melumat verseniz şad olaram, evvelceden teşekkürümü bildirerem.

Cavab:

 
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır.
Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
Bu hesabla Siz 60,5 yaş həddinə çatdıqda, yaşa görə pensiyaya çıxa bilərsiniz.
 

06:01

07-07

ARZU HACıYEVA

Sual: Xarici pasportumda uşaqlarımın şəkilləri və adları 2013-cü ildə alanda qeyd olunub-oktyabrda 2013 cü ildə xaricədə getmişəm.Uşaqların 14 və 15 yaşları var.Təzə qanuna görə yenə onlar üçün xarici pasport düzəlməlidir yoxsa mənim pasportumla ouşaqlarda xaricə mənimlə gedə bilərlər mi? Təşəkkür edirəm!

Cavab: Əgər , sizin xarici pasportda uşaqların şəkilləri varsa, sizin pasportunuzun etibarlılıq müddəti bitənədək uşaqlar sizinlə gedə bilərlər. Təbii ki, onların 18 yaşı tamam olanadək.

05:49

07-07

ARZU HACıYEVA

Sual: Şəxsiyyət vəsiqəmi itirmişəm,hara müraciyət etməliyəm və və rüsumu nəqədər olacaq? Təşəkkür edirəm.

Cavab: "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərsiniz. Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə 30 manat cərimə tətbiq olunur.

15:24

06-07

LAMIYYE RASULZADE

Sual: Salam.Valideynlerden qalan ve heckimin adina olmayan bir ev var,5 ovladdan 4-du bu evi satmaga razi olub da,1 ovladin raziligi olmadigi halda,bele bir ev hansi qanuni yollar ile satila biler?Cox xais edirem sualimi cavablandirasiniz. Tesekkurler.

Cavab: Hazırkı halda valideynlərdən miras qalmış ev 5 övladddan heç birinin adına keçirilmədiyi üçün onlar həmin ev üzərində hər hansı sərəncam verə bilməzlər. Bunun üçün ilk növbədə vərəsələrin öz aralarındakı razılıqdan asılı olaraq həmin evə dair onlardan birinin və ya paylarına münasib hər birinin adına vərəsəlik şəhadətnaməsi, daha sonra isə bu şəhadətnaməyə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmalıdır. 

06:40

06-07

GOZELOV TUNAR

Sual: Salam.menim babam qarabaq muharibesi veteranudir.ona islediyi yerden birdefelik muavinet verilmelidirmi ve hansi esasa gore. Hormetle tubar gozelov

Cavab: Qanunvericilikdə Qarabağ müharibəsi veteran olmağa görə birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmayıb. “Sosial müavinətlər” haqqında Qanuna əsasən, birdəfəlik müavinətlər bu hallarda verilir: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün; uşağın anadan olmasına görə; dəfn üçün.

22 23 24 25 26