Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

18:32

13-07

ELIYEV EMIL

Sual: Salam. bilmek isterdimki 2-ci qrup elil isleye biler? hansi veziyyetde calisa biler?

Cavab: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun 24-cü maddəsinə görə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin yaradıcılıq və istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədilə və fərdi reabilitasiya proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir. 

11:18

13-07

MUSFIG FERECOV

Sual: Salam. "Baglar tesarrufatinin inkisafi ve istismari birliyi" terefinden 10 illik mugavile ile mene Turkanda 5 sot torpag sahesi verilib. TORPAGA "KUPCA" almag gaydasini bilmek isteyirdim. Torpag sahesine hasar cekilmesi vacibdirmi?

Cavab: İlk öncə, bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədi almalısınız. Bu məqsədlə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməlisiniz. Bundan sonra, ərizə, bağ sahəsinə dair icarə müqaviləsi, “Torpaq sahəsinin planı və ölçüsü” və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsinə müraciət etməlisiniz. 

08:08

13-07

RESAD MEMMEDOV

Sual: Salam.men sevdiyim xanimin ailesine elci gonderdiyim halda ailesi qizin yasinin az olmasiyla bagli yox deyerse.qizin oz isteyi ile qizi qacirtmag barede mesuliyyet dasiyacam?onuda bildirim ki qizin 15 menim ise 20yasim var.onceden tesekkurler

Cavab:  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. AR CM-in 144-cü maddəsinə əsasən cinayət məsuliyyətiniz yarana bilər.

05:34

13-07

ALADDIN XALAFLI

Sual: Salam.Heyat yoldasimla 27 ildir resmi nigahdayam.Buna baxmayaraq onu yasadiqim unvana qeydiyyata sala bilmirem.Evin dovlet reysterinden cixarilis senedini teleb edirler.Heyet evi yeni-suraxanida yerlesir.1930-cu illerde dovlet terefinden qesbe salinib kottedj evler kimi ehaliye paylanib.Sened kimi ev kitabcasi ve tex.pasport movcuddur.Ev rehmete getmis atamin adinadir.Anam da rehmete gedib.Hemin unvanda qeydiyyatda men ve bacimdir.Qardasim basqa unvanda qeydiyyatdadir.Suraxani r-u bti-e muraciet etmisem.Onlar deyirler ki,torpaqin alqi-satqi senedi olmalidir.Biz de Prezidentin serencamini gozleyirik.Bu ne derecede doqrudur?Xahis edirem mene huquqi yardim gosteresiniz.

Cavab: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 

16:08

12-07

ZEVATE.ORUCELIYEVA

Sual: Bilmek isteyirem korpe yaslarindan valideynlerininher ikisini itirmish nenesinin hikayesinde olan usaq universitete qehul imtahani verib lakin arzusunda oldugu fakultenin pulusuna dusur yuksek balla lakin imkani olmadigi ucun odenisli tehsil ala bbilmir.olkemizde ele bir qanun varmiki valideynleri olmuyam telebe tehsil haqqindan azad olsun?onceden size tesekkur edirem.

Cavab: “Valideynlərini itirmiş və valideyn himayənsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 5-ci maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

03:13

12-07

FAQAN ALIYEV

Sual: Salam 3il bundan qabaq menim adima kreditle masin cixariblar, 1il odenis olduqdan sonra mesin yungul qezaya dusdu, hemin shexs artiq odenis ede bilmirdi. bank masini gelib apardi, sonra mehkeme yolu ile herraca cixarildi, ini ise mene xeberdarliq mektubu gelib deyirler ki yerde qalan pulu odemelisen. men bu cavabdehliyi hemin masini goturen adamin uzerine kecire bilerem? ve ya hemin adam boyun qacirsa onu mehmeye vere bilerem? hansi formada sikaetle muraciet ede bilerem? tesekkur

Cavab:

Siz kredit müqaviləsi üzrə bankdan borc pul alaraq avtomobil əldə etmiş və həmin avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, kredit müqaviləsi üzrə öhdəliklərinizi lazımınca icra etmədyinizdən bank borcun tutulması və tutmanın avtomobilə yönəldilməsini tələb etmişdir. Nəticədə avtomobilin hərracda satışından əldə edilmiş məbləğ kredit borcunu tam ödəmirsə, Siz qalan borcu da, ödməlisiniz. Çünki kredit müqaviləsinin tərəfi – borclu kimi məhz Siz çıxış edirsiniz. Bu öhdəliyinizi maşını götürən şəxsə yalnız həmin şəxslə müqavilə bağlamaqla ötürə bilərsiniz, bu zaman bankın da razılığı tələb edilir.   

07:07

11-07

ARZU

Sual: Salam. 1.Şirkətin Rəhbəri həm Direktordur və həmçinin Təsisçidir. O, qısa məzuniyyət, və yaxud məzuniyyət götürməməyə ixtiyarı varmı. 2.Azərbaijan Respublikasının Prezidentinin 1 Mart 2014-cü il tarixdə qüvvəyə minmiş "Yoxlamalar haqqında" Qanuna əsasən Hüquqi şəxslər risk qruplarına bölünüb,o barədə məlumatı,yəni HŞ hansı risk qrupuna daxildir, harda əldə etmək olar. Təşəkkür edirəm

Cavab: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 9.5-ci maddəsinə görə hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları həmin yoxlayıcı orqan tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Hüquqi şəxsin hansı risk qrupuna aid olduğunu yoxlayıcı orqana müraciət etməklə müəyyənləşdirə bilərsiniz.

07:00

11-07

ESQIN OCAQLI

Sual: Salam. Men Ocaqlı Eşqin Slavik oğlu, ali tehsilliyem, evliyem , 2 övladım var, heç bir yerde işlemirem, qaçqınlar verilen yardımpulu ile dolanırıq, sosial yardım ala bilerem? Evvelceden teşekkürler.

Cavab: Qanunvericiliyə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Odur ki, Siz bu məsələ ilə əlaqədar yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edin.

04:56

11-07

AQAYEVA ESMER

Sual: 2013 dekabrn 18 i bosanmsam 3 azyasli usaqlarim var Hakim qarsi terefin usaqlarla 2gun unsiyetde olmaq qerari kesib usaqlarimn 3/4/6,yaslari var azyasli olduqlarina gore anadan ayrilmrlar menim istrakimla baba nenesine gorus verilmesini istedim atalari moskvada yasayir buna gore men cinayet mesuliyyetine celb olunram eger olunarsam qanunda nezerde tutulmus hansi maddeye gore evvelceden tesekkur edirem

Cavab:

Ailə Məcəlləsinin tələbinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Ona görə də, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Ünsiyyətlə bağlı məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.

04:24

11-07

AYNUR MəMMəDOVA

Sual: Salam.Menim iki uşağima hakim 78.1 maddə ile sabit pul vahidi ilə 100 manat və əlavə olaraq yoldaşımın maaşının ucdə birini aliment kəsdi.Nəzərinizə çatdirim ki yoldaşımın maaşı temiz 273 manatdır və aya düşən bayram günlərinə görə dahada artıq maaş alir.273 manatın uçdə biri 91 manat olduğundan aliment 191 manat olmalidir.Mən bilmək istərdim ki,bu alimentin hamısı onun maaşından tutulub ödənilə bilərmi.Çünki yoldaşim öz əli ilə maaşdan tutulmasa bir qəpikdə pul verməz.Xahiş edirəm bunu mənə ətrafli izah edəsiniz.Əgər mümkün deyilsə nə edə bilərəm.Əvvəlcədən təşəkkür edirəm.

Cavab: Alimentin tutulması məhkəmə qətnaməsində göstərilən qaydada icra olunmalıdır. Əgər keçmiş əriniz sabit pul məbləği şəklində tutulan alimenti ödəməzsə, bu barədə tədbir görülməsi üçün müvafiq icra şöbəsinə müraciət edə bilərsiniz.

21 22 23 24 25