Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

18:16

15-07

FERIDE CIDEM

Sual: qizim turkiyede istanbulda dogilub atasi turkdur men azerbaycanliyam. azerbaycanda shexsiyet vesiqesi aldim qizima vetendasliq. bes merkani bilmirem hardan almaq lazimdir. birde men turkiyede yasayiram ord 3 ilden sonra vetendasligi aldiqdan sonra azerbaycandan vetendasliqdan cixardacaqlar meni

Cavab:             “Azərbaycan Respublikasının vətəndaşlığı” haqqında qanunun 18-ci maddəsinin I hissəsinə görə  Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Həmin Qanunun 16-cı maddəsinin II hissəsinə görə, Azərbaycan Respublikasıvətəndaşlığını itirmək nəticəsində Azərbaycan Respublikası vətəndaşlığına xitam verilir. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
            Beləliklə, Türkiyə Respublikasının vətəndaşı olduğunuz halda Sizin Azərbaycan Respublikası vətəndaşlığınıza xitam verilməsi məsələsinə baxıla bilər. Onu da, nəzərə almalısınız ki, “Azərbaycan Respublikasının vətəndaşlığı” haqqında qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

08:18

15-07

ELNUR ALIYEV

Sual: sened uzre (metirka) milliyeti deyishmek mumkundu ?

Cavab:

             AR Nazirlər Kabinetinin Doğum 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə görə uşağın doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır.
            Göründüyü kimi, bu məsələ doğum haqqında şəhadətnamə alınarkən valideynlərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir. Sonradan dəyişdirilmə barədə “Qayda”da hər hansı norma nəzərdə tutulmayıb. Digər tərəfdən, belə bir dəyişiklik istəyinizi əsaslandırmanız lazımdır. 

02:35

15-07

ARZU QULIYEVA

Sual: Salam.Menim size sualim var.Universitetin odenisli esaslara qebul olan telebenin atasi rehmete gedib ancaq anasi var.anasi islemir.Bacilari da evlidi.Bu teqdirde hemin uwag dovlet hesabina tehsil alacaq yoxsa odenisli oxuyacaq?evvelceden tesekkurler.

Cavab: Həmin şəxsin dövlət hesabına ödənişli təhsil alması hüququ yoxdur. Bununla belə, universitetə təhsil haqqının azaldılması və ya hissə-hissə ödənilməsi ilə bağlı müraciət edə bilərsiniz. Lakin hər hansı güzəşt ediləcəksə, bu yalnız hər iki tərəfin qarşılıqlı razılığı ilə mümkündür. 

02:01

15-07

ALADDIN XALAFLI

Sual: Yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.Yaxud Azerbaycan Respublikasi qaunvericiliyinde nezerde tutulmus basqa sened dedikde hansi senedler nezerde tutulub?Xahis edirem bunu mene aciqlayasiniz.

Cavab: Başqa sənəd dedikdə, şəxsin köçdüyü yaşayış sahəsindən istifadə hüququ verən sənədlər nəzərdə tutulur. Çünki cümlənin əvvəlində bu növ sənədlər (çıxarış, order, icarə və ya kirayə müqaviləsi) sadalanır, lakin qanunverici maddədə göstərilən sənəndlərin siyahısının qəti olmamasını bildirmək üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” ifadəsinə yer verir.  Nümunə kimi, əvəzsiz istifadə müqaviləsini göstərmək mümkündür. 

23:45

14-07

HESIMOV KOCERI

Sual: salam men qarabag muharibesi veteraniyam muellim isleyirem menim emekhaqqimda hansi tutulmalar ne qeder olmalidir?

Cavab:  AR Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

13:10

14-07

FIRəNGIZ MECID

Sual: Salam. Xüsusi mülkiyyətimdə olan həyətyanı sahəmdə ağaclar var. hal-hazırda həmin sahədə ev tikmək istəyirəm. Lakin tikinti yerində ağacların olması bunu mümkünsüz edir. Qeyd olunan sahədə ağacları kəsmək üçün icazə almalıyam? Əgər almalıyamsa hansı əsasla və hansı formada?

Cavab:  AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edin. Qaynar xətt: 168.

12:57

14-07

IBRAHIMOVA VUSALE

Sual: MENIM BIR OGLUM VAR 1 YASINDA,RESMI OLARAQ AYRILMISAM .BILMEK ISTERDIM HANSISA XARICI OLKEYE GEDENDE USAGI OZUMLE APARA BILEREM?YOXSA ATADAN ETIBARNAME ALMAQ LAZIMDI?

Cavab:  AR Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə görə  yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Beləliklə, nikaha xitam verilməsi Sizə uşağı xaricə digər valideynin razılığı olmadan aparmaq hüququ vermir. Uşağınızı xaricə aparmaq üçün etibarnamə deyil, atasının notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

12:49

14-07

RAZIYə ŞüKüROVA

Sual: 1998-ci ildə rəhmıtı getmiş adamın bağ sahəsini nəvəsi adına keçirtmək istəyir.Bunu qohumların icazəsi olmadan etmək olarmı?Neçə il sahibsiz qalan bağ kimi bələdiyyənin mülkiyyəti hesab oluna bilər?

Cavab:

“Torpaq icarəsi haqqında” qanunun 15-ci maddəsinə görə, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. AR Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə görə, ... nəvələr ... o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın.
Beləliklə, bağ sahəsinin ada keçiirlməsi zamanı vərəsəliklə bağlı normaların tələbləri nəzərə alınacaqdır. Bağ sahəsinin sahibsiz qalması onun bələdiyyənin mülkiyyətinə keçməsi kimi qəbul oluna bilməz. 

12:45

14-07

RAZIYə ŞüKüROVA

Sual: Ev alarkən hansı sənədlərə diqqət yetirmək lazımdır? Ümumiyyətlə,aldanmamaq üçün nələri bilmək lazımdır?

Cavab: Satıcının ev (mənzil) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olması və bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olması lazımdır. Alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Evin ər-arvadın birgə nikah dövründə alınıb-alınmaması, yəni ər-arvadın ümumi mülkiyyəti olub-olmaması araşdırılmalıdır. 

03:57

14-07

NURANE ABBASOVA

Sual: Salam.men Qaradagda heyet evinde yasayiram evim de daxil olmaqla sahe 3sotdur. Kupcalari yigiblar ki gelen il eviniz sokulecek evimin sahe ise 100 m2 dovlet terefinden sokulecek. Bilmek isterdim evim sokulse mene umumi heyetiin sahesine gore pul verilecek ya evin kvadrat metresine gore? Cox xahis edirem cavablandirasizin cunki qonshular mene deyirler heyetin hesablanmayacaq...

Cavab: Əgər torpaq sahəsi Sizin mülkiyyətinizdədirsə, onda həmin torpaq sahəsinə görə də Sizə kompensasiya ödənilməlidir. 

20 21 22 23 24