20:26
19-07
Sual: SALAM.MEN SERTI AZADLIQA CIXMISAM.2 IL SERTI IS ALMISAM 1 ILI QUTARIB .MEN OLKE XARICINE CIXA BILEREM?
Cavab: AR Miqrasiya Məcəlləsinin 9.3.4-cü maddəsinə görə, üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə — müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
15:12
19-07
Sual: Salam.2007ci ildə Gəncə şəhər məhkəməsinə mürciət edib atlarının mülkündən iki oğlum üçün yaşamaq hüququ iddiası qaldırdım və iddiam təmin olundu.Qarşı tərəf Apellyasiya şikayəti versədə yenə mənim iddiam təmin olundu.Həmin evdə yanğın olmuş, ev yararsız hala düşmüşdü, sağ qalan hissəni isə məhkəmə dövründə yararsız hala saldılar və mənə başqa ev təklif etdilər.Gəlin köçdüyüm evə iddialı olduğumu söylədim, uşaqlar böyüyüb özləri təmir edərlər dedim. Yenə mənim iddiam təmin təmin olundu.Rusiya vətəndaşı olan baldızım təkrar iş qaldırıb(08.07.14 -də məhkəmə oldu) yaşamadığımız üçün qeydiyyatdan çıxarır və hərəmizə 5000 AZN (15000)ödəməklə kompensasiya verir.Bu illər ərzində Dövlət orqanlarına təmirlə bağlı müraciətlər etmişəm amma boş vədlərdən başqa fayda olmayıb.Vəkil tutmaq imkanım yoxdur.Atalarının varısi olaraq onlara pay düşürmü? Apellyasiya şikayəti vermək üçün sənəd toplayıram.Mənə nə cür yardımçı ola bilərsiz? Vəkil məsləhətiylə bağlı. ÖNCƏDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.
Cavab: Sualınızda göstərdiyiniz məlumatlar natamam olduğundan dəqiqliklə cavablandırmaq çətindir, bununla belə aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik. Mübahisəli ev uşaqlarınızın atasının mülkiyyətindədirsə, onların və Sizin istifadə hüququnuzun olması aşkardır. Əgər əriniz vəfat etmişdirsə, Sizin və uşaqlarınızın qanun üzrə vərəsə kimi evdən miras pay almaq hüququnuz vardır. Əgər əriniz vəfat edənə qədər boşanmışdınızsa, onda Siz ərinizin vərəsəsi hesab edilmirsiniz. Əgər əriniz sağdırsa, indiki vəziyyətdə uşaqlarınızın mübahisəli evə dair miras payından söhbət gedə bilməz, çünki miras şəxs öldükdən sonra açılır. Əgər ev ərinizin mülkiyyətindədirsə, baldızınızın Sizə qarşı kompensasiya verilməklə istifadə hüququnuza xitam verilməsini tələb etmək hüququ yoxdur, çünki belə bir hüquq yalnız mülkiyyətçiyə məxsusdur.
13:41
19-07
Sual: Evvelki suallarimi cavablandirdiginiz uchun teshekkurler. Amma bir sualim cavabsiz qaldi.Men implanta gore stomatoloqa boyuk miqdarada bir vermeliyem/Ishe bir neche ay fasile vermek lazimdir.Pulu nece vermek lazimdir?ishin sonunda ya merhelelerle ve pul odeyen adam hekimden nese tesdiqleyici bir "raspiska" teleb ede biler?
Cavab: Pulun miqdarı və ödənilmə qaydası Sizinlə həkim (və ya tibb müəssisəsi) arasında bağlanmış müqaviləyə əsasən müəyyənləşdirilməlidir. Nəzərə almalısınız ki, məbləğindən asılı olmayaraq ödəniş həyata keçirdiyiniz halda Sizə bu barədə müvafiq sənəd (kassa mədaxil orderinin qəbzi və s.) verilməlidir.
12:36
18-07
Sual: Salam menim 21 yasim var.bu il univeristeti bitirdim ve magistraturaya qebul olmusam atam rehmete gedennen sora onun adina olan pensiyasi men alirdim.sadece bilmey isteyirem men nece yasima qeder o pensiyani alacam?zehmet olmasa cavablandirardiz.Tesekkur edirem.
Cavab: “Əmək pensiyaları haqqında” qanunun 14.1.1.3-cü maddəsinə görə Siz ən çoxu 23 yaşına çatanadək bu pensiyanı ala bilərsiniz.
15:34
16-07
Sual: SALAM bilmek isterdimki menim heyat yoldaşım Qarabağ Əlilidir .Qarabağ əlillərin uşaqlarının pulsuz təhsil haqqında məlumat istədim.
Cavab: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunda belə bir müddəa nəzərdə tutulmamışdır. Yalnız Qanunun 19-cu maddəsində Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin özünün təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi təsbit edilmişdir.
12:00
16-07
Sual: salam bilmek isderdimki atasi olmayan telebelr ucun inistitut illiyi asagi salina biler?
Cavab: Bu məsələ təhsil müəssisəsi ilə tələbə arasında qarşılıqlı razılıqla həll oluna bilər.
08:47
16-07
Sual: isa duzaltma firmalari adamlari isa duzaldanda onlardan pul almalimi.cunki isa duzatma yerlari deyirki ankete pul vermalisiz,sora isa duzalanda da maasinizdan taqriban yari hisani biza vermalisiz.olarin ixtiyari varmi isa duzaldanda pul almaqa
Cavab: İşə düzəltmə firmaları Sizə üçün iş yeri axtarılması üzrə xidmət göstərir. Bunun qarşılığında Sizdən xidmət haqqı tələb etməsi normaldır. Bu məsələlər Sizinə işədüzəltmə firmaları arasında bağlanmış müqavilə ilə tənzimlənməlidir.
06:23
16-07
Sual: salam.men Goranboy rayonunun kendine gelin kocmuwm.men bilmek istrdimGence weherinde qeydiyyatdayam yoldawim Goranboy mehkemesine bowanmaqa iddia erizesi verdiyini deyir axi qanunla men qeydiyyatda olduqum yere vermeli idi ,bu halda Goranboy mehkemesi onun iddiasi ile bizi bowaya biler?cavabiniza gore tewekkur edirem.
Cavab: Əgər ərinizin yetkinlik yaşına çatmayan uşaqlar varsa və ya əriniz səhhətinə görə Sizin yaşadığınız yerə getməyə çətinlik çəkirsə, nikahın pozulması haqqındakı iddianı öz yaşadığı yerə görə verə bilər (AR Mülki prosessual məcəlləsinin 36.5-ci maddəsi).
04:18
16-07
Sual: Az yasli usaqlari olkeden xarice aparmaq ucun lazm olan senedler hansilardir
Cavab:
03:55
16-07
Sual: salam.anam 1 qrup elildir.30 ile yaxin muellime isleyib.indi xroniki boyrek catismamazliqi,sol ayaqin ampotasiyasi ve gozden elildir.anama baxan daye ucun dovlet terefinden pul ayrila biler?
Cavab: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun 45-ci maddəsinə görə, kənardan qulluğa və yardıma ehtiyacı olan əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər. Ahıl əlillərə sosial xidmət orqanları (evdə, yarımstasionar, stasionar müəssisələrdə), habelə fərdi qaydada sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər sosial xidmət göstərirlər. Qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. Beləliklə, Qanunda dayə üçün pul vəsaitinin ayrılması nəzərdə tutulmayıb.
