06:01
24-07
Sual: Salam! Nigah dövründə yoldaşimla ikimizin vəsaitinə yeni əmlak aldiq.Lakin 5 ay keçdikdən sonra yoldaşım mənim icazəm olmadan o evi başqasina satdi.Alqi-satqinin etibarsizligini sübüt edə bilərəm mi?
Cavab: Əgər sizin notarial qaydada razılığınız olmayıbsa Alqi-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib etibarsizligi sübüt edə bilərsiz. Bir şərtlə ki aranızda nikah müqaviləsi varsa həmin müqavilədə belə bir şərt olmasın.
04:56
23-07
Sual: Salam. Men 2 ildir aileliyem ve 6 ayliq ovladim var. hal-hazirda boshanma prosesi gedir. yoldashimla 3 otaqli evde yashayiriq. Yoldashim hemin evde qeydiyyatdadir, men ve ushaq qeydiyyata salinmamishiq. Lakin bu ev qayinatamin adinadir. Qayinata ve qayinanam ise 2 otaqli bashqa evde yashayirlar. Bilmek isteyirem hal-hazirda qaldigimiz evden boshanarken ushaga pay dushur?
Cavab: Siz həmin mənzili birgə nikah dövründə əldə etmədiyinizdən nə sizə, nə də uşaqlarınıza pay düşmür. Sadəcə olaraq məhkəməyə müraciət edib sizin və uşaqlarınızın yaşadığınız mənzildən istifadə hüququnuzun tanınmasını tələb edə bilərsiz.
15:01
22-07
Sual: SALAM MEN BİLMEY İSTERDİMKİ HERBİ XİDMETDE ALDİGİM XESTELİYE GORE TEXRİS OLUNAN BİRİ 3 CU QRUP ELİLLİK DERECESİ OLAN BİRİ HER HANSİSA ALİ MEKTEBİ BİTİRİB DOVLET İSİNDE İSLEYE BİLERMİ ???
Cavab: Bu sualın cavabı əlilliyə səbəb olan xəstəliyin xarakterinə, müvafiq dövlət işinin sahəvi xüsusiyyətlərinə və həmin xəstəliyin (əlilliyin) müvafiq işdə işləməyə imkan verib-verməməsinə bağlıdır.
13:29
22-07
Sual: Salam sizden birsoz soruwmaq isdeyirem.menim papam polis iscisi olub vaxdiyle xesdeliyden dunyasini deyisdi indi onun aldiqi pensiye pulu koce biler mamama. Hec yerde islemir nede pensiye almir xayis edirem cavablandirin
Cavab: “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əgər ananız qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud 1-ci və ya 2-ci qrup əlildirsə və yaxud yaşından və əmək qabiliyyətindən asılı olmayaraq vəfat etmiş atanızın 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
04:21
22-07
Sual: salam . bizim şirkətimiz avqustun 1-i bağlanır . Əmək məcəlləsinə əsasən bizə işlədiyimiz müddətdən əlavə neçə ayın maaşı ödənilməlidir ? Əvvəlcədən təşəkkür edirəm .
Cavab: Əmək Məcəlləsinə əsasən, müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsi ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
03:13
22-07
Sual: usaqlarin sayina gore atam 1972 ilde sumqayida 4 otaqli ev alib.iki qardasim subay,bir bacim erdedir.atam mene basqa yerde ev almaq serti ile qeydiyyatdan cixarib.o zaman yeni 2005 ilde,evatamin adina idi.meni cixaran kimi evi anamin adina kecirib.aldadigimi gorub yeniden qeydiyata dusmek ucun mehkemeye muraciet etdikde evi qardasimin adina keciribler.qeydiyyata duse bilmirem.evliyem,yoldasim ve 2oqlum qaynimin evinde qeydiyyatdadir.bilmek isterdim,men yeniden atamin,evine yeni ev alinan ilden qeydiyatda olduqum eve qeydiyata duse bileremi,ve mene dusen ata pyi dusurmu.
Cavab: Evin hal-hazırda qardaşınızın mülkiyyətində olması nəzərə alınmaqla, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə əsasən Sizin həmin evə yenidən qeydiyyata düşə bilməyiniz üçün qardaşınızın notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi lazımdır. Həmin ev artıq atanızın mülkiyyətini təşkil etmədiyi üçün Sizə pay düşmür.
13:07
20-07
Sual: SALAM.sualim beledi-yanvar ayinda bosanan hamile xanimin may ayinda evladi dunyaya gelib.2 ay sonra kecmis heyat yoldasina usaqa metulka almaq ucun sexsiyyet vereqesinin ve miqrasyadan sened lazim olduqunu ve vermesini isteyib-qarsi terefin cavabi-men hec bir sened vere bilmerem,get nece isteyirsen elede sened al.indi xanim nece sened alsin?
Cavab: Məhkəmədə ona qarşı iddia qaldırmaq lazımdır. Çünki valideyn kimi öz vəzifələrini yerinə yetirmir.
09:02
20-07
Sual: Salam.Ucan otagi ve ya dami(kriwani)berpa etmek ucun icaze almaq lazim?tesekkurler
Cavab: Yerli icra hakimiyyəti orqanına müraciət edin.
07:31
20-07
Sual: Salam! men 2 il bundan evvel aile qurdum.kocdum yoldashimin evine.1 ilden sonra o evi satdiq.ve hemin ev deyerinde bashqa ev aldiq.men iwlediyim ucun musteqil qazancim olub.butun pulumuzu temirine xercledik.yola gedmediyimiz ucun boshanmaq qerarina gelmishik.bilmek isterdim ki o evden mene pay dushur mu?
Cavab: AR Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Əgər ikinci evə qoyulmuş təmir xərcləri nəticəsindən həmin əmlakının dəyəri xeyli artmışsa, onda Siz həmin əmlakın birgə mülkiyyət sayılmasını tələb edə bilərsiniz.
01:04
20-07
Sual: Cavabladiginiza gore cox sag olun...torpagin mulkiyyetini nece elde ede bilerem? Mende belke de var deye bilersiz hansi senedde gosterilir evden elave torpagin da mulkiyyet huquqna malik olmam??? Zehmet olmasa cavab vererdiz...
Cavab: AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Əgər hüququnuz qeydə alınmayıbsa, onda mülkiyyət hüququnuzdan danışmaq mümkün deyildir. Torpaq üzərində mülkiyyət hüququnuzu təsdiqləyən sənəd Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və sairdir.
