Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

10:06

30-07

TACIR RECEBOV

Sual: size bir sualım olacaq qadın kişiden ayrılmaq isdiyir ama kişi ayrılmaq isdemir.qadın 9 aylıq uşaqı ve 5 aylıq ana bendindeki uşaqı ile beraber anası gile gedir.öyrenmey isdiyirem bu halda boşanma ola biler ata boşanmır ama.

Cavab: Bunun üçün məhkəməyə müraciət etməlisiniz. Qarşı tərəf boşanmağa razı olmadığı təqdirdə, məhkəmə sizə barışıq üçün 3 ay müddət verəcək. Həmin dövrdə barışıq olmasa məhkəmə qaydasında boşana bilərsiniz.

08:06

30-07

SEVINC AXMEDOVA

Sual: Salam. Men ve uwaglarim atamin evinde geydiyatdayyig. Atam evi satib. Men yoldawimin yanina geydiyyata duwe bilerem? Yoldawim anasinin evinde geydiyyatdadi. Gaynanam razilig vermir bizi ora geydiyyata almir. Ganunen biz ora geydiyyata duwe bilerik? Ve buncun ne etmek lazimdi?

Cavab: Bunun üçün evin mülkiyyətçisinin razılığı lazımdı.

05:54

30-07

VASIF MUSTAFAYEV

Sual: Salam. Menim atam Mustafayev Isif Yusif oglu bu il fevralin 24 vefat edib men onun ilk evliliyinden olan ovladiyam sonradan atam yeniden aile qurub ve iki qizi bir oglu var.Atam vesiyyet etmeden olub qeyd etdiyim kimi men onun qanuni veresesiyem bilmek isterdim rehmetliy atamin bankda pulunun olub olmamasini nece bile bilerem ? ve o pullari qanuni sekilde mene catan hissesini nece elde ede bilerem?

Cavab: Siz  ilk öncə notariusa müraciət edib vərəsəlik işi açılmasını tələb etməlisiz və notariusun bu barədə muvafiq sorğusu əsasında  məlumat  ala bilərsiz. Qanuni vərəsə olmağınızı rəsmiləşdirdikdən sonra Mərkəzi Bankdan da məlumat ala bilersiz.

13:55

28-07

QASIMOVA ELVINA

Sual: Ecnebi vededaslarin qeyfiyatsiz qalma muddeti

Cavab: 3 gün ərzində qeydiyyatdan keçməlidirlər. Əks halda 300-400 manat cərimə ödəməlidirlər.

11:14

26-07

ELNUR

Sual: salam sualim beledir atamin adina olan torpagi anamin adina salamag ucun negeder dovelt risumu yani pul alalar yeni torpagin senetinde menim anamin adlari var atamda rehmede gedib indi isdeyirem ki o torpag anamin adina kecsin xais edirem bununla bagli bir cavab yazasiniz sagolun/

Cavab: 20 AZN

09:57

26-07

AYGUN SALMANOVA

Sual: men bir nece bankdan kreditle pul goturmusem.evveller her ay vaxtlnda odemisem.amma indi gelirim asagl oldugu ucun odeye bilmirem.bilmek isteyirem bunun bir clxls yolu varml ve buna gore cinayet mesuliyyeti varml?

Cavab: Xeyr cinayet mesuliyyeti yoxdur. Borclu oldugunuz meblegi sizin emlakinizdan tuta bilerler.

18:24

25-07

ULKER DADASOVA

Sual: Ata evvel aliment odeyib,indi ise ovladindan imtina etmekle,aliment odemekden imtina edir.gelirinin olmadigi,xeste olmasini deyir,bilmek isterdim,aliment dusurmu?

Cavab: Ata heç bir halda aliment ödəməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18:13

25-07

LALA ALIYEVA

Sual: Salam.men bilmek isterdim,torpaga seramcan verilib,hemin torpaqda evde tikilib.serancam adinda olan sexs evi anasina etibarname ile satmasini hevale edib,verilmis etibarname esasinda ev satilib.evi alan qadin evi ogulun anaya verdiyi etibarname ile alib,qazi,isigi,telefonu adina salib,bir ilder sonra evin certiyocunuda cekdirib.lakin hemin ev qardasin puluna alinib,qardas russiya vetendasi oldugu ucun bacisina etibar edib,qardas ata,anasi ile,hemin evde yasayir,sonradan evlenibde hemin eve gelinde gelib,2otaqda cehizide var,5otaqli 4sot heyeti olan evdir.1usaqda olub.lakin indi baci gelini eve qoymur,dava salir,hetda qardasinida russiya vetandasi olmasini behane getirerek evden qovur,evi satacagi ile hedeleyir.bacinin adina ayri erazide qizlari ile yasadigi kupcali mulku var,sadece qardas evine goz dikib,menimsemek isteyir.onuda qeyd edim ki,qardas serencam adina olan sexsden dosdunun adina etibarname alib,ozu ecnebi vetendas oldugu,torpaga sahib ola bilmediyi ucun,baxmayaraq ki,azerbaycanlidir ve valideyinleride azerbaycan vetendasidir.ne etmek lazim,hansi sened lazim ki,qardas yasadigi mulku oz,yada heyat yoldasinin adina salsin?evvelceden tesekkurler.

Cavab: Qeyd etdiyiniz  torpaq sahəsində tikilən evin qardasın adına keçirilməsi yalnız bacının razılığı ilə edilə bilər. Əks təqdirdə qardas məhkəməyə müracət edib həmin torpaq sahəsinin  onun maliyyə vəsaiti hesabına alındığını sübüt etməlidir.

15:44

25-07

ZAUR MEMMEDOV

Sual: Salam men bilmek istiyiremki yenice sosial pensiye kartini almiwam kartin pin kodun telefona yazib kod yazilan kagizi cirib atmiwam indide karti bankomata taxiram kodu yigiram pin kodu sehvdir deyir sualim budurki parol berpasi mümkündürmü??

Cavab: Dövlət Sosial Müdafiə fonduna müraciət edin

14:36

24-07

RASIM RZAYEV

Sual: Salam,Men bilmey isteyirem,ozellesdirilmis menzilin,menzil odenis qaydasi necedir,ve mebleg ne qederdir.

Cavab:

Özəlləşdirilmiş mənzillər üçün mənzil ödənişi deyil sadəcə əmlak vergisi ödənilir.  Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200-cü maddəsinə əsasən: Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198-ci maddəsinə əsasən: 
Fiziki şəxslər əmlak vergisini  onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən ödəyirlər:
bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə - 0,1 faizlə.



17 18 19 20 21