Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

08:48

11-08

MERDANOV KAMRAN

Sual: deleduzduxda ittham olunana garsi sahid gisminde istrak edirem, mehkeme meni istintag organlarina xeber vermemekde ittaham edir ve cinayet dasidigimi bildirir, istintaga celb etmek isteyir. men hansi maddeynen mesuliyeti dasiyiram ? sahid olmag cinayetdir?

Cavab:

 
Aşağıdakı hallarda siz cinayət məsuliyyəti daşıya bilərsiniz :

AR Cinayət Məcəlləsinin 297-ci və 298-ci  maddələrinə əsasən,

Maddə 297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—
    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə—
    • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.
2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. (1, 18, 45, 61)
 
Maddə 298. Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—
    • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz iyirmi saatdan yüz səksən saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. (1, 45)

 

05:37

11-08

MURAD ABBASOV

Sual: Salam. Mənim Sualım belədir. Hansı halda vəfat etmiş atanın pensiyəsi övlada keçir?

Cavab:

Əmək Pensiyalari Haqqinda Azərbaycan Respublikasinin Qanunun14.1-ci maddəsinə əsasən Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:
14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
14.1.1.1. 18 yaşına çatmamış;
14.1.1.2. 18 yaşına çatanadək I və ya II qrup əlil olmuş 18 yaşdan yuxarı;
14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; əgər yuxarıda sadalan kateqoriyadan bir kimisinizsə bu hüququnuz mövcuddur.

04:44

11-08

RUFIYEV AMIL

Sual: salam,sualim beledi,rus vetandasiyla azerbaycan vetandasi niqahi baxlanA bler ?ve mumkunduse bununcun neynemek lazimdi...?qadin vetandaslixin deyismelidi yoxsa nece ?xais edirem bu suali deyigliyi ile cavblandirasiz.

Cavab:

Bəli, əcnəbi vətəndaşla Azərbaycan vətəndaşı nikah bağlaya bilərlər. Bunun üçün heç bir tərəfin vətəndaşlığını dəyişməyinə ehtiyac yoxdur. AR Ailə Məcəlləsinin 7-ci bölməsində bunun üçün tələb olunan şərtlər göstərilmişdir.

06:07

10-08

HUSEYNOVA KONUL

Sual: salam, atamin evi anamin adinadir,orada anam atam va uc baci qeydiyyatdayiq.Manim hayat yoldasim goyda qaldigina gora anam oz raziligi ila bizim eva qeydiyyata saldi.Bu evdan ona pay dusur?

Cavab:

Xeyr, yalnız istifadə hüququ var.

06:02

10-08

AXUNDOVA NURANA

Sual: Salam manim hayat yoldasim habsxanadadir.Man onun adindan mahkamaya muraciat eda bilaram?Agar mumkunsa neca elaya bilaram?

Cavab:

Onun tərəfindən verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnamə ilə məhkəməyə müraciət edə bilərsiniz.

12:59

08-08

VASIF MUSTAFAYEV

Sual: Men 24.02.2014 vesiyyet etmemis rehmete geden atamin qanuni 4 veresesinden biriyem.Natarusda vereselik isi acilib 24.08.2014 tarixinde vereselik sehadet namesi alacam. sualim budur ki men atamin adina bankda olan pullarin hansi bankda olduqunu bilmirem.Men nece oyrene bilerm ki pullar hansi bankdadi? Diger 3 vereseler mirasi menimle qanuni sekilde bolmeye razi deyirler men nece edim ki bankda olan pullar qanunla mene catan hissesin alim???

Cavab:

Siz və digər vərəsələr qanun üzrə vərəsələrsiniz. Bu vəziyyətdə notarius ilk olaraq bütün banklara sorğu göndərməli ,dəyəri bəlli olan əmlakdan isə payınıza uyğun vərəsəlik şəhadətnaməsi təqdim etməlisiniz. Bu şəhadətnaməni müvafiq banka (banklara) təqdim edərək öz miras payınıza yiyələnə bilərsiniz.

10:53

08-08

VUSAL HüSEYNOV

Sual: Salam bilmelk isteyıirem fiziki şexslere dovlet aktı daimi istifadeye verilmiş ( bag sahesi üçün)torpaqları nece özellesdırmek olar. Ve ozellesdırme ucun senetleşdirmeni hansı qurum heyata kecirmekdedi. Diqqetinize gıore indiden teşekkurler

Cavab:

 
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi.

07:22

08-08

AYGUN SALMANOVA

Sual: menim anam atam rehmete getdikden sonra evi hanslki o evde ucumuz yasaylrdlq anam,oglum ve men erde olan ogey baclmln ogluna baglsladl.men ve oglum o evde qeydiyyatdaylq.sonra anam oldukden sora baclmln ovlu oz ailesi ile birge o eve kocdu ve mene ve ogluma o evde yasamaga icaze vermedi.15 ildirki kirayede yasaylrlq.bilmek isteyiremki bizim o evde yasamaq huququmuz var?varsa hansl yolla?

Cavab:

Siz yalnız mənzildən istifadə və yaşamaq hüququna maliksiniz. Bunu təmin edə bilmirsinizsə yaxud buna əngəl törədilirsə məhkəmə vasitəsilə hüquqlarınız bərpa oluna bilər.

05:35

08-08

QASIM QASIMBEYLI

Sual: men evimi neveme bagislamaq isteyirem. Men ne etmeliyem?

Cavab: Bunun üçün bağışlama müqaviləsi tərtib olunmalı və bu müqavilə notariat qaydasında təsdiq olunmalıdır.

09:04

06-08

MEMMEDOV SERXAN

Sual: salam.sualim belediki aile qurmuwam yoldawimi yawadigim yere qeydiyata almaq isteyirem.her senedi duzeltmiwik tek prablem odurki kupcamiz yoxdu ama belede qeydiyyata alirlar sadece rusum cox deyirler rusumu ve bu haqda melumat isterdim.diqqetiniz ucun minnetdaram

Cavab: Bu barədə heç bir rüsum nəzərdə tutulmayıb.

15 16 17 18 19