Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

12:24

05-09

FARID

Sual: Salam.Manim anam vafat etdi.Sag olanda ona maxsus iki manzili bacimin adina kecirdi,amma bacimin hala 17 yasi var.Basqa manzili isa oz adinda idi .Indi bilmak istayiram hamin manzillardan mana varis kimi pay dusur.Tesekkurler

Cavab: Mərhum Ananınız birinci növbəli Qanun üzrə vərəsələrindən biri olduğunuza görə, Ananızdan Miras olaraq qalmış hər bir mülkə Varis kimi Miras payı tələb edə bilərsiz. Bacınızın mülkiyyətinə keçmiş mülkə isə Vərəsə kimi hüququnuz hazırki vəziyyətdə mövcud deyil.

07:26

05-09

ƏLəSGəR NəCəFOV

Sual: Salam. Mənim bir məsləhətə ehtiyacım var. 1993-cü ildə Ləiş bağlar massivində verilmiş torpaq üçün sənəd almaq istəyirəm. Torpaq order əsasında verilib. Reyestr xidmətinə plan ölçü almaq üçün müraciət etdim, lakin torpağın yerini onlara göstərə bilmədiyim üçün imtina yazdılar. Xəritəçəkmə komitəsində oldum, ordan da mənə yerin ancaq 2007-ci ildə dağılmış Bağlar idarəsinin əməkdaşlarından soruşa biləcəyimi dedilər. Əlimdəki orderdə konkret bağ massivi və bağ sahəsinin nömrəsi qeyd edilir. Lakin indi hal-hazırda bu ərazinin kinkret koordinatlarını bilmirəm. Bu konkret koordinatları kimdən və necə öyrənə bilərəm? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Cavab: Sizə ayrılmış torpaq sahəsinin ilkin ölçüləri, sərhədləri və harada yerləşməsi haqqında məlumatı Order əsasında həmin toprağı sizə verən müəssisə göstərməlidir. Hal-hazırda həmin torpaq sahəsinin hansı orqanın və ya müəssisisənin balansında olduğunu dəqiqləşdirin. Həmin müəssisəd'n Oredrin hal-hazırda da qüvvədə olması ilə bağlı təsdiqləyici Arayış aldıqdan sonra. Sizə Torpağa dair Texniki sənədlərin hazırlanıb verilməsi üçün aidiyyatı torpaq şöbəsinə müraciət edə bilərsiz.

14:02

04-09

ANONIN

Sual: Salam men bilmek isterdim ki men herbiciyem yawadigim yer abweron rayonudu men nigaha girmek ucun hara muraciet edim?!birde silahli quvveler siraasindan texris olunmag istiyirem vezifemin ohdesinden gele bilmirem bunun ucun nazirin her hansi bir emri varmi?!

Cavab:

Siz nikahınızı Azərbaycan Respublikasında yerləşən istənilən VVADQ-larda və “ASAN xidmət” mərkəzlərində qeydiyyata ala bilərsiniz.

07:40

04-09

RəSUL RəHMANOV

Sual: Salam. Hansı halda işə ağır cinayətlər məhkəməsində baxırlar.

Cavab: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə əsasən:. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.

07:23

04-09

TARIF ALIZADE

Sual: ayrilmasam 1usagim var.70 manat aliment odayiram.2ci evliliyimdan 2evladim var alimenti odaya bilmiram issizam.kecmis hayat yoldasim islayir. man na eda bilaram alimentin asagi salinmasi ucun, evvalcadan tasakkur ediram

Cavab: təyin olunmuş Aliment məbləğindən narazı qaldığınız təqdirdə. Aliment tutulması haqqında Məhkəmə Qətnaməsindən yuxarı instansiya Məhkəmələrə-Apellyasiya məhkəməsinə, Apellyasiya Məhkəməsinin Qətnaməsindən isə Ali Məhkəməyə Kassasiya Şikayəti yazaraq müraciət edə bilərsiz. Əgər Qətnamədən şikayət etmə müddətlərini ötürübsüzsə o zaman "Təyin Olunmuş Aliment Məbləğinin Azaldılmasına dair" İddia Ərizəsi ilə Məhkəməyə müraciət edə bilərsiz.

11:58

03-09

SEBINE

Sual: salam men bilmey isteyirdim rasiyya vetendasiyiq mende yoldawim men azerbaycanda bosana bilerem ?yeni ne etmeliyem hara erize vere bilerem ?bizim nigahda rasiyyada baglanib cox xAHIW edirem cavab yazin tewekkurler sag olun

Cavab: Əgər hər ikiniz də Rusiya vətəndaşısınızsa,Rusiyanin Azərbaycandakı səfirliyinə müraciət edin.

03:31

03-09

ANONIM

Sual: Salam. 2012-ci ilde xarici vetendashla Azerbaycan vetendashi arasinda nikah olub. Nikah Bakida baglanib. Nikahdan ushag yoxdur. Bilmek isteyirem ki, bu nikahin pozulmasi uchun hara ve hansi senedlerde muraciet edilmelidir. Her iki terefin raziligi var, tezminat davasi yoxdur, her iki teref erize vermeye hazirdir.

Cavab: Yetkinlik yaşına çatmayan uşaqlar və tərəflər arasında əmlak mübahisələri olmadıqda eləcə də nikahın pozulmasına hər iki tərəfin qarşılıqlı razılığı olduqda Nikahın pozulması Ədliyyə Nazirliyi Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyat Şöbəsi (ZAQS) tərəfindən həyata keçirilir . Nikah bağlandığı VVAQ-a müraciət olunaraq ərizə verərək nikaha xitam vermək olar. Ərin və yaxud arvadın Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu təqdirdə, Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan şəxsə etibarnamə verməklə həmin şəxsin əvəzinə qanuni nümayəndə tərəfindən VVAQ-a müraciət oluna bilər. Qeyd : Yuxarıda sadalanan halların hər hansı biri istisna olarsa nikah məhkəmə tərəfindən pozulur, eləcə də arvadın hamilə olması təsbit olunarsa ərin məhkəmə tərəfindən nikahın pozulması üçün iddia qaldırması əsassızdır.

Zəruri olan sənədlərin siyahısı: 1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi ; 2. Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər; (etibarlılıq müddəti keçməmək şərti ilə) 3 Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə; 8. Dövlət rüsumunun ödənilməsi barədə qəbz Dövlət rüsumu 15 manat.

03:18

31-08

JALE TəHMəZOVA

Sual: Mən xəyanət üstündə yoldaşımdan boşanmaq istəyirəm.2 uşağım var 4-6 yaşında yaşadığımız ev biz evlənəndən sonra tikilib şəxsi evdir.kupçası yoxdur.qaynanamda menimlə qalmaq istəyir.Belə halda evin çox hissəsi kimə düşür?sağolun

Cavab:

Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Sizin eviniz qanunsuz tikili olduğu üçün və heç bir sənədinizin olmadığı üçün onun satılması da mümkünsüz vəziyyətə gəlmişdir. Sənədlərinizi qaydasına saldıqdan sonra “Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair” iddia ilə məhkəməyə müraicət edə bilərsiniz. Əmlak bölünəcəyi təqdirdə 50/50 nisbətində olacaq, bu da o deməkdir ki, həmin mülkiyyətin yarısı Sİzə məxsus olacaq.

12:02

30-08

ADIL ELIYEV

Sual: Men 06.12.1985 tarixinde dogulmusam.Men dogulanda atamla anamin zaksi olmayib kebini olub men 1 yasina catanda valideyinlerim ayrilib.Men anamla qalmisam ,anam atamdan aliment teleb etmeyib.Atam sonradan yeniden aile qurub 4 ovladi var.01.02.2014 tarixinde atam rehmete getdi.Nataryusda vereselik isi acildi atamin heyat yoldasi 4 ovladi ve men qanuni vereseler teyin olunduq.Bilmek isterdim ki men anamin atamdan teleb etmediyi alimenti indi kompensasiya ve ya basqa sekilde teleb ede bilerem?? ve ya bu kompensasiya menim hel hazirda bolgude olan emlakdan olan payimi artira bilermi?? twk

Cavab:

 

Xeyr, tələb edə bilməzsiniz.

08:14

29-08

SEVINC

Sual: Salam.mənim atam müharibə veteranıdır.3 defe döyüşlərdə iştirak edib.Atam torpaq növbəsinə 3-cü mənzil növbəsinə isə birincidir.O evlər verilecekmi,Atam rehmete gedib,Orda nese üertler varmiki ev varsa verilməmək və yaxud başqa?Zehmet olmasa cavablandırardız,

Cavab: Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar fərdi ev tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə alınırlar. Həmin vətəndaşlar və şəhid ailələri dövlət hesabına inşa olunan çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün isə yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Ona görə də fərdi ev tikintisi üçün növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün mənzil növbəliliyi siyahısı isə müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərindədir. Ev növbəsi rəhmətə gedənin ailəsinə keçir. Siz mənzil növbəsindən hec bir halda çıxarılmırsınız. Növbənizin gedişi ilə müvafiq rayon( şəhər) İH-də maraqlanmağınızı Sizdən xahiş edirik.

11 12 13 14 15