Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Nəsimi ray., 307-ci məhəllə,
Füzuli küçəsi 47
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

13:00

30-09

NEBI NEBIYEV

Sual: Salam hormetli vekiller! 60 il once biz Bakida Zabrat qesebesinde torpaqi hasarlamishiq. 1992-ci ilde hemin torpaq bize Sabuncu Rayon Icra Hakimiyyeti terefinden serencam ile 5 il erzinde 12 sot torpaq ev tikmek ucun bize ayrilib. Hemin iller pis vaxtlara dusduyunen biz hemen torpaq sahesinde tikinti ishleri aparanmadiq. Hal-hazirda biz tikinti ishleri aparmaq isteyirik bize icaze vermirler ki, serencamin muddeti bitib torpaqi dovletden alib ozeleshdirmelisiz. Belediyyede torpaqa ozunen sisirdilmis qiymet qoyub deyir ode al. 1. Serencamin muddeti olur? 2. Sizden bilmek isteyirem ki, torpaqin real qiymeti Zabrat qesebesinde neciye almaliyiq dovletden? 3. Diger ayri ne meslehet vere bilersiz?

Cavab:

Azərbaycan Respublikasının Şəhərsalma və tikinti məcəlləsinin 77.1-ci maddəsin əəsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti  3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir.

07:04

30-09

VUSALE

Sual: Bacim iki ushaqdan sonra daqiniq skleroz xesteliyine tutulub. Yoldashi ne ona ne de ushaqlara baxir. Uch aydir anamgilde qalir. Boshanma zamani bacima da aliment ala bilerikmi? Atasi ananin xesteliyini behane edib ushaqlari anadan ala bilermi?

Cavab:

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68.2-ci madddəsinə əsasən uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda  (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir.

04:59

30-09

NURANE

Sual: Salam, menm biri iki yash yarim ve biri yash yarim olan iki ovladim var. Ve men mueyyen developer gore boshaniram. Bilmek isteyirem ki mehkeme ushaqlari menden alib Catalina vere biler? Ve ya hansi halda ataya vermirler ushaq. Menim ishlemeyim mene by barede problem yaradacaq bilermi?

Cavab: Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.

Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.

02:45

30-09

SAMIR MUSAYEV

Sual: Hörmatli hüqüqşünas, uşaği bir va ya iki yaşinda olan anaya işdân bir saat tez çixmağa icaza verilir qanuna ğöra?

Cavab:

 
Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Eyni zamanda, yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.
Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.
Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.
 
 

10:07

28-09

ANOONIM

Sual: salam, hamile qadini ve ya 1 yawi tamam olmamis qadini bosamaq olarmi

Cavab:

Xeyr, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
 

00:47

28-09

HEMID

Sual: Salam!16 ildir qeyri qanuni aile qurmusuq yoldasimla 14 yasinda bir oqlan evladimiz var.Yasadiqimiz ev yoldasimin adinadir.Hemen eve ovladini qeydiyata salmir ve deyir eve gelme harada isteyirsen get yasa.Xahis edirik huquqi meslehetinizi bildireydiniz.Cox saq olun.

Cavab: Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün minimum 3 sot torpaq sahəsi olmalıdır.

01:38

24-09

HUSEYNOVA NURANE

Sual: Salam. Menim yoldashim anamin adina bankdan 3000az goturub. 1azn odenib. Indi biz boshaniriq ve o pulu odemir. Men necese o meblegi ona odetdire bilerem. Anam teqaudcudur ve sikestdir. 200azn teqaud alir. Bu pul ondan cixilacaq? Mehkemeye muraciet ede bilerik?

Cavab: Sizin ananın cavabdeh qismində məhkəməyə cəlb olunacağı təqdirdə, məhkəmə prosesində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, vəsatət verərək, cavabdehin real cavabdehlə yəni Sizin həyat yoldaşınızla əvaz olunmasını məhkəmədən xahiş edə bilərsiniz.

23:21

19-09

ALIM

Sual: salam,xahis edirem cavab yazin))AZERBAYCAN RESPUBLIKASI DOVLET MIQRASYA XIDMETI TEREFDEN VERILEN DAIMI QEYDIYYAT VESIQESI ILE dovlet isinde islemek mumkundur?v9sxb

Cavab: Müqavilə əsasında, müvafiq dövlət orqanının dəvəti ilə həmin işçinin fəaliyyətinə zəruriyyət yarandığı təqdirdə bəli. Əks halda, xeyr.

08:08

19-09

SEBINE ELIYEVA

Sual: salam xahis edirem sualima cavab veresiz.ALIMENT BORCU OLAN ADAMLARA HANSI CEZALAR TETBIQ OLUNUR VE ALIMENTIN MEBLEGI NE QEDER OLDUQDA BU CEZALAR MUMKUNDUR.COX SAGOLUN

Cavab: Qanuna görə, sabit pul məbləği cavabdehin əmlak vəziyyətindən asılı olmayaraq, qazancının 1/4-i məbləğində müəyyən olunur. Bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə biri, 2 uşağa görə üçdə biri, 3 və daha çox uşağa görə qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almaqla azaldıla və artırıla bilər. Şəxsin iş yerinin, əlavə gəlirlərinin olmaması məhkəmə qərarlarının icrasında problemlər yaradır. Alimentin ödənilməsindən qəsdən boyun qaçıran şəxslər barəsində inzibati tədbirlər görülür. İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda, həmin şəxslər barəsində cinayət işi başlanılır. Keçmiş həyat yoldaşınızla aranızda alimentin ödənilməməsi ilə bağlı heç bir saziş yoxdursa, siz bununla bağlı İcra şöbəsinə müraciət edə, alimentinizin məcburi şəkildə alınmasını tələb edə bilərsiniz.

14:33

18-09

SEVINC KAZIMOVA

Sual: salam men 7 illik evliyem ve 2 yawinda ovladim var ve bowanmag qerarina gelmiwem,ancag yoldawimin adina mulk yoxdu yeni qaynana evine gelin getmiwem,bowanilsa mulkiyyetden ovladima pay duwurmu?ve menim huquqlarim nedi oyrenmey isdiyirem.TEWEKKURLER

Cavab: Ailə məcəlləsinə görə yalnız ər-arvadın nikah dövründə aldıqları əmlak birgə əmlak sayılır və boşananda bölünür. Bu zaman azyaşlı uşaqların mənafeyi nəzərə alınaraq anaya yarıdan artıq pay verilə bilər. Lakin, burada söhbət yalnız və yalnız ərin və arvadın adına olan nikah dövründə alınmış əmlakdan gedir. Sizin sualınızdan belə aydın olur ki, gəlin gəldiyiniz ev, qaynananıza məxsusdur. Buna görə də, nə sizin nə də övladınızın həmin evdən pay tələb etmək hüququnuz yoxdur.

8 9 10 11 12