SAYT UZRƏ NAVİQASİYA
Tarix üzrə xəbər axtarışı:
İnsan hüquqları üzrə Avropa məhkəməsinin BÜLLETENİ |
İnzibati hüquq sual-cavab |
Məhkəmə-hüquq sistemi
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Ölkənin 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk demokratik Konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.
İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Hazırda Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi və yerli iqtisad məhkəmələri, həmçinin, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə və Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə fəaliyyət göstərir.
Kassasiya instansiyası məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibində 4 məhkəmə kollegiyası - Mülki, Cinayət, Hərbi və İnzibati-iqtisadi məhkəmə kollegiyaları vardır. Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.
Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli Fərman imzalanmış, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçmişdir.
Fərmana əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılmış, hakimlərin sayının artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, yeni yaradılan məhkəmələrin təşkili, məhkəmə aparatlarının strukturunun və işinin yaxşılaşdırılması, Ali Ədliyyə Məktəbinin yaradılması üzrə tədbirlərin görülməsi və digər vəzifələr qoyulmuşdur.
Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apellyasiya məhkəmələri fəaliyyət göstərir, mövcud respublika apellyasiya və iqtisad məhkəmələri isə ləğv edilib. Apellyasiya məhkəmələri 4 kollegiyadan - mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində Muxtar Respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR-nın Ali Məhkəməsi Muxtar Respublika məhkəmələrinə, o cümlədən Ağır cinayətlərə dair işlər üzrə məhkəməsinə münasibətdə apellyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Eyni zamanda ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında" 23.12.2003-cü il tarixli qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilmişdir.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" Qanuna müvafiq dəyişikliklər barədə və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Onun tərkibi 15 nəfərdən ibarətdir və əsasən hakimlərdən, habelə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən ibarət formalaşdırılır.
Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri bilavasitə Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır.
Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor yaradılmışdır.
Hakim seçkilərinə dair yeni qaydalara əsasən hakim olmaq üçün ilk dəfə olaraq 2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmiş, hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil olunmuş və bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik olan şəxslər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən Türkiyənin mütəxəssisləri, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, Avropa Ümumi Hüquq Mərkəzinin, ABACEELİ-nin ekspertləri cəlb olunmuşlar.
Ölkədə aparılan məhkəmə-hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılmış, onun fəaliyyəti beynəlxalq normalara və demokratik institutların tələblərinə uyğunlaşdırılmışdır. Belə ki, 1999-cu ildə qəbul edilmiş "Prokurorluq haqqında" Qanuna müvafiq olaraq prokurorluğun əvvəllər mövcud olmuş bir sıra səlahiyyətlərindən imtina edilmiş, o cümlədən həbsə alma üçün sanksiyanın verilməsi səlahiyyəti məhkəmələrə verilmiş, məhkəmələr üzərində prokurorluğun nəzarətinə son qoyulmuşdur. Hazırda Azərbaycan Respublikası Prokurorluğu müstəqil dövlət orqanı olmaqla cinayət işi başlayır və ibtidai istintaq aparır, ibtidai istintaqa prosessual rəhbərlik edir, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət edir, dövlət ittihamını müdafiə edir, mülki işlər üzrə dövlət mənafeyinin müdafiəsi üçün iddia verir.
Eyni zamanda müstəqil təşkilat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun qəbul edilmiş, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması məqsədilə bu sahədə qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılmışdır.