Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Təsisçilər

Anar Ramiz oğlu Bağırov - Sədr

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin Sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, 2012-ci ildən isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. 2008-ci ildə Kollegiya tərəfindən "Fəxri fərman"la təltif edilmişdir. O, həmçinin Cənubi Qafqaz Hüquq Jurnalının redaksiya heyətinin üzvüdür. Anar Bağırov "Who's Who Legal"-ın 2011 buraxılışında MDB-də aparıcı hüquqşünaslardan biri kimi göstərilmişdir. 1997-2000-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda, 2001-2005-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-nin direktoru vəzifəsində işləmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. AR Hakimlərin Seçki Komitəsinin üzvüdür.

anar.baghirov@lawreform.az


...........................................................................................................................................................................



Mehman Faziləddin oğlu Sultanov


"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin həmtəsisçisidir. 1997-2001-ci illərdə "Hüquq Ədəbiyyatı Nəşriyatı"nda hüquqşünas vəzifəsində çalışmış, 2001-2007-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də çalışmışdır. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Universitetində beynəlxalq xüsusi hüquq fənni üzrə dərs deyir.

mehman.sultanov@lawreform.az


...........................................................................................................................................................................



Gülnar Famil qızı Qurbanova

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin həmtəsisçisidir. 2001-2011-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışmış, 2011-ci ildən isə “Bakı Hüquq Mərkəzi” MMC-nin partnyorudur. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Milli Aviasiya Akademiyasının dissertantıdır. Bir sıra nüfuzlu beynəlxlaq konfransların iştirakçısıdır.

gulnar.gurbanova@lawreform.az