Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
İdarə heyəti
Anar Ramiz oğlu Bağırov - sədr
 
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin İdarə Heyətinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və 2008-ci ildə Kollegiya tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. O, həmçinin Cənubi Qafqaz Hüquq Jurnalının redaksiya heyətinin üzvüdür. Anar Bağırov "Whos Who Legal"-ın 2011 buraxılışında MDB-də aparıcı hüquqşünaslardan biri kimi göstərilmişdir. 1997-2000-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda, 2001-2005-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-nin direktoru vəzifəsində işləmişdir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. AR Hakimlərin Seçki Komitəsinin üzvüdür.

anar.baghirov@lawreform.az

 
...........................................................................................................................................................................

Mehman Faziləddin oğlu Sultanov
 
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin idarə heyətinin üzvüdür. 1997-2001-ci illərdə "Hüquq Ədəbiyyatı Nəşriyatı"nda hüquqşünas vəzifəsində çalışmış, 2001-2007-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də çalışmışdır. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Universitetində beynəlxalq xüsusi hüquq fənni üzrə dərs deyir. Bank və maliyyə hüququ, beynəlxalq xüsusi hüquq, vergi hüququ və digər sahələr üzrə ixtisaslaşmışdır.

mehman.sultanov@lawreform.az


...........................................................................................................................................................................

Gülnar Famil qızı Qurbanova
 
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin İdarə Heyətinin üzvüdür. 2001-2011-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışmış, 2011-ci ildən isə “Bakı Hüquq Mərkəzi” MMC-nin partnyorudur. 2007-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Milli Aviasiya Akademiyasının dissertantıdır. Bir sıra nüfuzlu beynəlxlaq konfransların iştirakçısıdır.
 
 

.............................................................................................................................................................................


Turqay İmamqulu oğlu Hüseynov
hüquq elmləri namizədi, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti. 30 dan çox elmi əsərin müəllifi, bir sıra nəşrlərin redaksiya heyətinin üzvü, Beynəlxalq hüquqşünaslar assosiyasiyasının üzvü. 2004-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.