Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi maliyyə yardımı müsabiqəsi yekunlaşdı.
Ümumi fondu 50 000 manat olan müsabiqəyə 51 layihə təklifi daxil olmuş, bütövlükdə Şuradan tələb edilən məbləğ 415 000 manat təşkil etmişdir.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 11 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.
Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilmişdir.
Qaliblərin siyahısı
www.cssn.gov.az/az/TT-1.xls
Mənbə: http://www.cssn.gov.az/az/index.php?option=com_content&task=view&id=297&Itemid=54