Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Avropanın vəkil ailəsi - CCBE Azərbaycan vəkilliyini müstəqil peşə birliyi olaraq öz sıralarına qəbul etdi
14.05.2022 1912
 Mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, “CCBE” Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını və 1 milyondan çox vəkili birləşdirən nüfuzlu təşkilatdır. Təşkilatın fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərələrin müdafiəsi təşkil edir.
 
4 il ərzində davam edən əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası “CCBE” tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və böyük səs çoxluğu ilə təşkilat üzvlərinin sıralarına daxil olmuşdur.
 
Ötən dövr ərzində “CCBE” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vəkillərinin peşə davranış qaydalarını tənzimləyən əsanamə “CCBE”nin Avropa vəkillərinin etik davranış kodeksi ilə harmonizasiya olunmuş, kodeksin mütərəqqi normaları əsasnaməyə inkorporasiya olunmuşdur. Həmçinin Azərbaycan vəkillər üçün AİHM-nin presedent praktikası, habelə deonotolgiya mövzularında onlayn təlimlər keçirilmişdir.
 
Bundan əlavə, təşkilatın üzvü olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, vəkillər kollegiyaları, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənməklə birgə layihələrin təşkili mümkün olacaq, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin Avropa ölkələrində təcrübə keçmək imkanı mümkün olacaqdır.
 
Gələcəkdə “CCBE” ilə əməkdaşlıq çərçivəsində keçiriləcək birgə tədbirlər barədə ictimaiyyətə məlumat veriləcəkdir.