Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Məcburi olaraq ilkin mediasiya sessiyasının tətbiqinə başlanılmışdır
28.07.2021 5697
 Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində əsas vasitələrdən biri olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlərlər görülmüş və bu sahədə islahatlar davam etməkdədir.
 
Bu tədbirlər çərçivəsində 29 mart 2019-cu il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) qəbul edilmişdir. 2021-ci il iyulun 1-dən Qanun tam olaraq qüvvəyə minmiş və artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər.
 
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bir sıra qanunvercilik aktlarına dəyişikliklər təsdiq edilmişdir. Belə ki, 26.07.2021-ci il tarixindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizələri geri qaytarılacaqdır.
 
Qanunvericiliyə edilmiş ictimai əhəmiyyət kəsb edən yeniliyin sadə dildə izahı ilə aşağıdan tanış ola bilərsiz: