Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Azərbaycanda vəkillər vaksinasiyadan keçəcəklər
05.04.2021 1045
Azərbaycanda vəkillərin koronavirusa qarşı vaksinasiyası həyata keçiriləcək.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib. Vəkillərin COVID-19 infeksiyası risk qrupuna daxil olduğunu deyən A.Bağırov bununla bağlı Kollegiya tərəfindən Nazirlər Kabinetinə edilən müraciətə müsbət cavab verildiyini bildirib.
 
"Yaşından asılı olmayaraq, bütün vəkillərin xəstəliyin əleyhinə vaksinasiya olunması üçün tərəfimdən Nazirlər Kabinetinə müraciət olunmuşdur. Müraciətə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmış və müsbət qərar verilib. Hazırda bununla bağlı müvafiq siyahılar tərəfimizdən hazırlanır. Vəkil büroları və fərdi vəkillər 7 təqvim günü ərzində yazılı qaydada Vəkillər Kolllegiyası Rəyasət Heyətinin aparat rəhbərinin müavini Seymur Səfərova müraciət edə bilərlər. Vaksinasiya tarixi və tibb müəssisəsi barədə əlavə məlumat təqdim olunacaq", - deyə o qeyd edib