Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
VƏKİLLƏRDƏN İBARƏT “ADVOKAT” FUTBOL KOMANDASI POLŞADA BEYNƏLXALQ FUTBOL TURNİRİNDƏ İŞTİRAK EDƏCƏKDİR
07.06.2018 309


İyunun 9-da Polşa Respublikasının Qdansk şəhərində Polşa Vəkillər Kollegiyasının yaranmasının 100 illik yubilieyinə həsr olunmuş vəkillər arasında beynəlxalq futbol turniri keçiriləcəkdir. Turnirdə Avropa Birliyi regionundan olan vəkillər kollegiyalarının komandalarından başqa, MDB məkanından Belarus və Azərbaycan vəkillər kollegiyalarının komandaları da iştirak edəcəklər.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası turnirdə “Advokat” futbol komandası ilə təmsil olunacaqdır. Səfərin təşkili ilə bağlı komandaya Vəkillər Kollegiyası və yerli hüquq şirkətlərindən PSG hüquq firması tərəfindən dəstək verilmişdir.
 
Vəkillərdən ibarət komandamıza səfərdə uğurlu nəticələr əldə etmələrini və sağ-salamat vətənə qayıtmalarını arzu edirik!
 
Vəkillər Kollegiyasının
Rəyasət Heyəti