İranın “İSNA” agentliyinin məlumatına görə, İranın Prezident Aparatinin ailə və qadın məsələləri üzrə mərkəzinin rəhbəri Məryəm Müctəhidzadə ailə başçısı olan qadınlar haqqında yeni qanun layihəsinin hazırlandığını deyib.
Onun sözlərinə görə, ailə başçısı olan qadınlara xüsusi güzəştlər tətbiq olunmalıdır. Belə ki,idarələrdə çalışan ailə başçısı olan qadınların (ərlərindən boşanan və öhdəliyində uşaq olan qadınlar) vaxtından əvvəl pensiyaya çıxması, sığortalanması, belə qadınları işə götürən sahibkarlara güzətlərin tətbiq olunması, həmin qadınların idarə və müəssisələrdə rəsmi olaraq və müqavilə əsaında işə götürülməsi təklif olunur.
Müctəhidzadə deyi b ki, İranda boşanmalar səbəbindən ailə başçısı olmuş qadınların sayı çoxdur, bu səbəbdən həmin qadınların hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır.
Onun sözlərinə görə, bütün dövlət müəssisələrində, nazirliklərdə, icra aparatlarında məsləhətçi qadınların işə götürülməsi, qərara alınıb. Məqsəd məsləhətçi qadınların müvafiq məsləhətləri ilə qadınlarla bağlı problemlərin həllinin tezləşdirilməsidir.