Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti,
Azure Business Center, 11/68, AZ1025
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

12:21

28-01

AYGUL

Sual: Salam men heyat yoldasimnan bosanmaq uzreyem bir oglum var 10 ayliqdi.Atam Russiyada yasayir anam qardasim burda anamgil meni bosandiqdan sonra ata evinde yasamagima icaze vermirler evde qardasimin adinadi.heyat yoldasimin adina ev yoxdu. Xais edirem etrafli yazasiz bosandiqdan sonra men dovletden yasayis ucun yer isteye bileremmi? huquqi baximdan ne etmeliyem cox xais edirem etrafli melumat veresiz. evvelceden tesekurler

Cavab:  Rəsmi nikahınız 2009-cu ilin Oktyabr ayından sonrakı tarixdə bağlanıbsa o zaman istifadə hüququnun tanınması ilə bağlı gəlin getdiyiniz evin mülkiyyətçisini və keçmiş həyat yoldaşınız cavab olmaqla aidiyyatı məhkəməyə müraciət edin. Müvəqqəti olaraq istifadə hüququ tanına bilər. (ətraflı və dəqiq məlumat üçün vəkilə müraciət etməyiniz məsləhətdir)

15:22

27-01

VUSAL QEHRAMANOV

Sual: Salam bilmey isterdim dovletimiz 2015 dunyaya gelen qiz uwaqlarina ne qeder sud pulu ayrir ve Hansi mudete qeder?

Cavab:  aidiyyatı Sosial müdafiə mərkəzlərində və ya Sosial müdafiə fondunda birdəfəlik ödəniş kimi 95 manat(uşağın cinsindən asılı olmayaraq) ödənilir.

07:51

27-01

SEVINC MUSAYEVA

Sual: salam yoldashim 2 ci qrup elildir..bir ushaq ucun ona mehkeme 100 man aliment kesib odemir apelyasiya verib aliment dushe bilermi?

Cavab:  Qanuni qüvvəyə minmiş Qətnamənin icrası ilə bağlı aidiyyatı icra şöbəsinə və icra məmuruna müraciət edin. əgər Qətnamə uzun müddət icra olunmursa o zaman icra Məmurundan icra tədbirləri görməyini xahiş(tələb) edin.

13:13

26-01

KAMRAN MEMMEDLI

Sual: ise girerken 1illik muqavile bagladim 17.12.2014 cu ilde bitdi ve yeniden bir aylig muqavile bagladim.31.1.2015 tarixinde bitir muqavile vaxti. formen deyir seni isden cixaririg,ofise gedirem deyirler cixislar hele deqiq deyil.esas sualim budu..muqavilenin vaxti bitse bele isciye cixarilacagi barede evvelceden yazili xeberdarlig edilmelidirmi

Cavab:  Müqavilədə başqa müddət nəzərdə tutulmayıbsa işəgötürən 1 ay əvvəlcədən xəbər etməlidi. Hər hansı bir əmək hüquqlarınızın pozuntusu ilə bağlı aidiyyatı əmək müfəttişliyinə müraciət etməyiniz məsləhətdir.

15:54

25-01

ARAZ QURBANOV

Sual: Salam surucu ilk defe yunqul ickili saxladildiqda cezasi nedi?

Cavab: Hörmətli vətəndaş, AR İnzibati Xətalar Məcəlləsinin 152-1 maddəsinə görə, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

15:00

24-01

NəBI

Sual: salam.Anam 2014 mart ayında müayinə üçün Bakıya getdi.Müayinə zamanı məlum oldu ki,ürəyində anadangəlmə qusur var.Həkim 2 ci qrup elil olduğunu dedi və lazımi sənədlər klinika(özəl) tərəfindən təqdim edildi.Anam təqdim edilən sənədlər əsasında qanunvericilikdə müəyyən olunmuş qaydada 2 ci qrup elil təqaüdü ala bilərmi? İndidən təşəkkürlər.

Cavab:  Ananız əlilliy statusu almaq üçün özəl klinikada deyil, yerli poliklinikada müayinə olunmalı, poliklinakının göndərişi ilə Dövlət Sosial Müdafiə Fondunun tibbi sosial ekspertiza komissiyasından keçməli və həmin komissiyanın rəyi müsbət olarsa ananıza əlilliy statusu verilə bilər.

12:16

24-01

KAMRAN MEMMEDLI

Sual: emek muqavilesinin muddeti bitdikde ve isden azad edilerken isegoturen terefinden isciye yazili xeberdarlig verilmelidirmi bir nece gun evvel.

Cavab:  Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa müqavilənin bitməsi barədə xüsusi xəbərdarlıq etmək tələb olunmur. 

00:56

24-01

AXMEDOV.G

Sual: Salam necesiz.5-il bundan gabag mehkeme terefinden iki u$agima gore mene aliment kesildi.4-il her u$aga 55 manat pul yani 110 manat her ayda vermi$em.iki defe agir emeliyat olmu$am.son iki ilde 43-manat sosial pensiya aliram.i$leye bilmirem.8 aydir alimenti odiye bilmirem.mehkeme terefinden mene hede-gorxu gelirler mene deyirler ki,seni hebs ederik.xai$ edirem meni ba$a salin bu mumkundurmu?

Cavab:  Aliment tələbinin aşağı salınması barədə təcili məhkəməyə müraciət etməyiniz məsləhət görülür.

11:30

21-01

RASUL NACAFOV

Sual: Salam.mən həm pensiya alıram həmdə işləyirəm.Bilmək istəyirəm ki boşandıqdan sonra aliment hər iki gəlirdən tutulur ya birindən.Öncədən təşəkkürümü bildirirəm

Cavab:  Hörmətli vətəndaş! AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
 
 

06:21

19-01

HESENOVA SEVIL

Sual: Salam yoldasim usta isleyir bosanmaq isteyirem bir usagim var usaqa alment ala bilerem yoxsa yox

Cavab:   

Bəli, sizin belə bir hüququnuz vardır.

2 3 4 5 6