05:45
19-02
Sual: Salam mən 8 aydır evliyəm və hamiləyəm.Boşanmaq istiyirəm. Mənim adıma anamın adına kredit götürüb yoldaşım ödəmək istəmir. Nə edə bilərəm? Biz cəmi 2 ay yarım evli qalmışıq. Uşaq olanda əlimdən alacağını deyir. Uşaq dünyaya gəlməmiş aliment kəsilə bilər? Uşağa ailment ödəmək istəmir. Nə məsləhət görərdiz mənə? Tez zamanda boşanmaq mümkündü bu vaxtımda?
Cavab: Kredit kimin adına götürülübsə o da ödəməlidir. Analıq hüququndan məhrum edilməyən anadan uşaq heç bir halda alına bilməz. Uşaq dünyaya gəlməmiş aliment kəsilə bilməz. Əgər boşanma ərizəsini məhkəməyə siz təqdim edib razılıq versəniz nikahiniza xitam verilə bilər.
02:01
17-02
Sual: Salam! Hörmətli hüquqşünaslar! Sizdən bir sualımı cavablandırmağınızı xahiş edirəm. Nikahda olan şəxsin atası və anası ona ailə üzvü sayılırmı? Qanunvericilikdə ailə üzvləri kimlərdir? Mən iş yerində ev növbəsinə durmaq istəyirəm. Tələb olunan sənədlərdən biri də ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən alınan "ailə üzvlərinin adına daşınmaz əmlakın olmaması" haqqında arayışdır. Mən ailəliyəm və rəsmi nikahım var. Mənim və yoldaşımın adına Bakı şəhərində daşınmaz əmlak yoxdur. Lakin atamın adına Qaradağ rayonunda daşınmaz əmlak var (əmlakın çıxarışı var).Məni ev növbəsinə götürmürlər ki, Bakıda atanın adına daşınmaz əmlak var. Bu nə dərəcədə qanunidir? Bildiyimə görə nikahda olan şəxsin ailə üzvləri həyat yoldaşı və uşaqları hesab edilir. Bu halda atam və anam mənə ailə üzvü sayılır???????????
Cavab:
16:20
07-02
Sual: Salam. Menim 1 sualım var zehmet olmasa cavablandırardınız. Men bilmek isteyerdim 1 övladı olan er arvad boşanma davasında danışıgını bilmeyen özünü apara bilmeyen qadının agıl problemi var eger bu sübuta yetirilerse er övladını ananın elinden almaga hüququ varmı? erde problem yoxdur
Cavab:
Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.
Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.
03:38
07-02
Sual: Salam. Hamilə qadinin (müddətli müqavilə ilə calışan qadının) müddətli muqavilə vaxti bitdikdə, müqavilə uzadılmaya bilər? Uzadılmadıqda işçi tərəfindən hansı addımlar atıla bilər?
Cavab: Bəli hamilə qadının çalışdığı vaxt müddətli müqavilə vaxtı bitdikdə müqavilə uzadılmaya bilər. Bununla bağlı heç bir hərəkət edilə bilməz.
11:01
04-02
Sual: Salam.Zaksim yoxdu qeyri qanunu iki usagim var alment isdeyirem ve usaglarima mulk payi bu mumkundu? Ve usaqlarin atasi rasiya vetendasidi ama azerbaycanda mulku var usagimin biride rasoya vetendasidi men usaqlarima ne qeder alment ala bilerem
Cavab: Atalığın müəyyən olunması və aliment tələbinə dair məhkəməyə müarciət etməlisiniz. Aliment bir uşaq üçün yaşayış minimumu 103 manat nəzərə alınmaqla müəyyən edilir.
10:55
01-02
Sual: salam menim uc usagim var men alimentcun mehkemeye muracuyet etmisdum 2011 ci ilde yoldasim mehkemeye gelmediyinen mehkeme onsuz oldu qetname cixdi. is vekile verildi meni cagiracaglarni.dusunub mehlemeye daha getmedim indi men yeniden mehkemeye vermeliyem yeniden sened yigmaliyam yoxsa hemin qetnamenen isi acmag olar xais edirem cvb yazasiz
Cavab: Aliment tutulması ilə bağlı həmin məhkəmənin Qətnaməsinin olub olmaması ilə maraqlanın. əgər Qətnamə varsa Aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət edin. Qətnamə qəbul edilməyibsə o zaman yenidən Aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyiniz lazımdır.
06:38
01-02
Sual: Salam. Men 2013cu ilde aile qurmusam mueyyen sebeblerden aramizda anlasilmazliq olur. Bir uwagim var. Nigaha daxil olana qeder ev ve masin almisam ozume bunlarin alindigi dovrde subay olmusam. Bosandiqda bu dasinan ve dasinmaz emlakdan yoldasimada pay dusurmu? Bir de aliment ne qeder kesilir? Eger aliment kesildikden sonra menim maasim artsa ve azalsa aliment meblegine tesir edirmi? Onceden tewekkur
Cavab: Ər və arvadın Nikah dövründə əldə edilən əmlakdan kimin müıkiyyətində olmasından asılı olmayaraq hər birinin payı var. Aliment miqdarı valideynin aylıq gəlirinin 1/4 hissəsi qədər müəyyən edilir. əmək haqqı artdıqca aliment məbləğidə artır.
14:50
30-01
Sual: salam. shexsiyyet ves vaxti bitdikde hansi muddet erzinde bank emeliyyatlari aparmaq olar??
Cavab: şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə dəyişdirilməsi vacibdir. Çünki hüquqi qüvvəsini itirmiş hesab olunur.
05:41
30-01
Sual: salam.menim bir qohumum ana uwaginida goturub evden gedib.bir il icinde bowanma olub usagin 3 yasi var. ata alimnet vermekden qacir bir il icinde cemi 3 ay aliment verib oda 30 manat..mehkemeden aliment teleb edirik ama cavabinda ana evden gedib aliment teleb ede bilmez deyilir.sizce bu duzgundu??
Cavab: Uşaq hansı valideynin himayəsindədirsə həmin valideyn digər valideyn cavabdeh olmaqla Aliment tutulması, əgər ALiment tutulubsa o zaman Aliment məbləğinin artırılması ilə bağlı aidiyyatı məhkəməyə müraciət edə bilər. qeyd edim ki, 2015-ci il üçün bir uşaq üçün yaşayış minimumu 103 manat müəyyən olunub.
06:16
29-01
Sual: salam! mənim həyat yoldaşım 7 il gözəllik salonunda işləyir. Əmək müqaviləsi, əmək kitabçası və sığortası var. İş yerini dəyişmək istəyir. Bilmək istərdim işdən çıxma prosesi necə olmalıdı? Ərizə, müddət, ödənişlər (varsa) və s.? Cox sağ olun!
Cavab: bir ay əvvələcədən işəgötürəni xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.