Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti,
Azure Business Center, 11/68, AZ1025
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

03:08

15-08

AXUNDOVA NURANA

Sual: Salam. Men 2004-cu ilde aile quranda ev heyat yoldawimin adina idi. Menim 2 uwagim hemin evde anadan olub. Sonra qaynanam hemin evi yoldawimin adindan cixararaq oz adina,sonra ise hele 18 yawi tamam olmamiw qizinin adina kecirmiwdir. O evden ovladlarima pay duwur? Men yoldawimla resmi nigahdayam.

Cavab: Xeyr, düşmür.

07:49

14-08

NAMIQ ALIYEV

Sual: Salam. oğlumun 9 yaşı var. adını dəyişdirmək istəyirəm. bunun üçün hara müraciət etməliyəm və hansı sənədlər lazımdır?

Cavab:

« ASAN xidmət » mərkəzlərinə yaxınlaşın. Aşağıdakı sənədlər tələb olunur :

- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;

- ərizə verən şəxsin doğum şəhadətnaməsi;

- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;

- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;

- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.

03:12

14-08

FAZIL GOZELOV

Sual: salam.menim nenem oz adina olan evi menim yoldasimin adina kecirmek isteyir.bunun ucun ne etmeliyik? bagislama muqavilesine ovladlarin raziligi haqqinda sened daxildir?

Cavab: Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd, hədiyyə edən şəxsin və hədiyyəni qəbul edən şəxsin şəxsiyyət vəsiqələri, qohumluq faktını təsdiq edən sənəd (Nikah şəhadətnaməsi, Fazil Gözəlovun Doğum şəhadətnaməsi və Fazil Gözəlovun aidiyyatı valideynlərinin Doğum şəhadətnaməsi), hədiyyə edənin rəsmi nikahda olduğu şəxsin və hədiyyə edilən mülkdə pasport qeydiyyatında olan şəxslərin yazılı razılıqları, əmlaka dair aidiyyatı küçə üçlüyündən və ya MİS-dən verilən forma 2 arayışı ilə aidiyyatı Notariat kontoruna müraciət edə bilərsiz. Bağışlama müqaviləsi üçün tələb olunan Dövlət Rüsumu ümumilikdə 92 manatdır.

16:48

13-08

RAZIYE .SHUKUROVA

Sual: SALAM.eV UCHUN BEH VERENDE OZUMUZ MUQAVILE TERTIB EDE BILERIKMI?VE BU MUQAVILE HUQUQI QUVVEYE MALIKDIRMI?MUMKUNSE MENE "RASPISKA" NUMUNELERI UCHUN ISTINAD VERE BILERSIZ?

Cavab:

 
Bəli, beh müqaviləsi yazılı formada bağlanılmalıdır. Sonradan hər hansı problemin yaranmaması üçün yaxşı olardı ki, bu müqavilə notariat qaydada bağlanılsın.

16:18

13-08

RECEBOV TACIR

Sual: salam.bilmey isdeyirem ki,ana qucaqında 9 aylıq usaqla veana bendinde 5- 6aya kemis usaqla ata evine getmis.bu halda ata posana bilermi,ve ya nigahın pozulması ne halda bas vere biler.evvelceden cox saqolun.

Cavab:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

02:17

13-08

ŞəLALə SüLEYMANOVA

Sual: Anam evi mənə bağışlayır.bilmək istəyirəm mən hansı sənədləri hazırlamalıyam və nə qədər rüsum ödəməliyəm

Cavab: Əmlakın Mülkiyyət hüququnu təsdiq edən sənəd, hədiyyə edən şəxsin və hədiyyəni qəbul edən şəxsin şəxsiyyət vəsiqələri, qohumluq faktını təsdiq edən sənəd(hədiyyəni qəbul edənin doğum şəhadətnaməsi), hədiyyə edənin rəsmi nikahda olduğu şəxsin və hədiyyə edilən mülkdə pasport qeydiyyatında olan şəxslərin yazılı razılıqları, əmlaka dair aidiyyatı küçə üçlüyündən və ya MİS-dən verilən forma 2 arayışı ilə aidiyyatı Notariat kontoruna müraciət edə bilərsiz. Bağışlama müqaviləsi üçün tələb olunan Dövlət Rüsumu Müqavilə tərəfləri yaxın qohum hesab edildiyindən ümumilikdə 23 manatdır.

15:28

12-08

ZAUR QULIYEV

Sual: salam.Mən 1-ci yoldaşımdan 1 övladım var. Apeliyasiya məhkəməsi əmək haqqının 1/4 hissəsi,almentə əlavə 30 manat sabit pul və ananın saxlanması üçün uşağın 3 yaşına qədər 50 manat pul tutmuşdur.uşağın 3 yaşı tamam oldu 50 manatdan kəsildi.həmin vaxt əmək haqqım 204manat idi. Hal-hazırda yenidən mənim xəbərim olmadan Qaradağ məhkəməsi 150 manat pul kəsərək qətnaməni yox icraçı qrupundan 150 manat ödəmək üçün bildirişi poçt vasitəsiylə göndərib.Bilmək istərdim Qaradağ məhkəməsi Apelliyasiya məhkəməsinin qərarını dəyişə bilər və mənim xəbərim olmadan məhkəmə necə qərar çıxara bilər?

Cavab: Məsələni Məhkəmə ilə dəqiqləşdirin. əgər Alimentin artırılması barədə haqqınızda Qiyabi Məhkəmə icraatı qaydasında Qətnamə qəbul edilibsə, o zaman müraciət edin Qətnaməni sizə təqdim etsinlər. Qətnamə sizə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Apellyasiya Məhkəməsinə Apellyasiya Şikayəti ilə müraciət edə bilərsiz. Qətnamənin icrası Apellyasiya şikayəti verildiyi gündən işlə bağlı yekun Qətnamə qəbul edilən günədək dayandırılır.

11:52

12-08

GULNARE

Sual: salam bosanmisam alimenti vaxti vaxtinda ala bilmirem.icra memuru isime yaxsi baxmir.bununla bagli ne edim hara muraciet edim.

Cavab: Mehkemeye muraciet edin.

10:00

12-08

CEFEROV MURAD

Sual: Salam . Size sualim odur ki , men Absheron rayonunda 6 sot torpaq sahesi almisham amma bu torpaq sahesi yaxin bir tanishimin adinadir . Men bu torpaq sahesini oz adima kechirtmek isteyirem qarshiliqli raziliqla . Bu sahenin arayishi var ancaq shehadetnamesi yoxdur . Men bu torpaq sahesini oz adima kechirtmek ve shedetname almaq uchun ne etmeli ve ne qeder pul odemeliyem ? Sagholun .

Cavab: Sizin qeyd etdiyiniz məlumata əsaslansaq onu deyə bilərik ki, sizin bu halda topağın mülkiyyətiçisi olduğunuzu təsdiq edən sənəd olmadığından heç bir sərəncamla bağlı hüquqlarınızı həyata  keçirmək mümkün olmayacaq.

22:54

11-08

HACIZADE FIRUZE

Sual: Salam. Menim qizim bu sentyabr mektebe gedecek,adin deyisdirmek istiyirem usaqin eseblerine toxunur adi eseb kecirdir heyete dusende hecbir usaqa yaxin getmir adin sorusanda demir.Bu problemlere gore deyismek istiyirem.Hansi senedler lazimdi buna gore?Ve birde sentyabra kimi ala bilmerem,buna gore nese bildiris vereceylerki usaqin senedi hazir deyil?cox sagolun

Cavab:

« ASAN xidmət » mərkəzlərinə yaxınlaşın. Aşağıdakı sənədlər tələb olunur :

- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;

- ərizə verən şəxsin doğum şəhadətnaməsi;

- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;

- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;

- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.

14 15 16 17 18