Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti,
Azure Business Center, 11/68, AZ1025
Tel: +994 12 310 09 88
               
E-poçt: office@m-p.az

VIRTUAL HÜQUQ KLINIKASI

Təhlükəsizlik kodu           

03:48

22-08

HASAN SAMADOV

Sual: Salam. Teshekkur ki bele sherait yaratmisiz . . Sualim beledir. : men menzil almisham. Menzil alarken hemin menzilde er ve arvad qeydiyatda idi. Menzil kishinin adina idi. Her ikisinin raziligi ile menzil mene satildi. Kupca menim adima oldu. bir muddet sonra kishi (eri) qeydiyyatdan cixdi. Arvadi ( xanim) ise hele de qeydiyatdadir. Men bilmek isteyirem bu shwxsi men nece qeydiyatdan cixarda bilerem? Eger cixartmasam bele menzili diger shexse satdiqda hansisa problemler ola biler? Ve hemin insan mene qarshi iddea qaldira biler? Menzil haqqinda. ?

Cavab:

Əslində burada 3 sual meydana cıxır. 
   1)Men bilmek isteyirem bu shwxsi men nece qeydiyatdan cixarda bilerem?-Cavab: Siz bu şəxsi məhkəmə qaydasında çıxarda bilərsiniz.
   2)Eger cixartmasam bele menzili diger shexse satdiqda hansisa problemler ola biler?-Cavab: Mütləq problem olacaq. Cünki, mənzil satılarkən qeydiyyatda olan bütün        şəxslərin razılığı lazım olacaq.
  3)Ve hemin insan mene qarshi iddea qaldira biler? Menzil haqqinda. ? Cavab: Xeyir qeydiyyatda olan şəxs mənzillə bağlı heç bir iddia tələb edə bilməz.

03:25

22-08

TACIR

Sual: salam.size bir sualım olacaq.menim yoldasım 10 aylıq usaqımızıve ana bendindeki 7 aylıq usaqı ile beraber anası gile gedib.bundan sonra bosanmaq isdeyir.bu,bosanmaq prosesi gedene qeder bir ata kimi balamı görmey isdiyirem bu ne derecede mumkundur.Naxcıvan mehkemesine muraciet eledim,mene deyilen o,oldu ki,erize versinler sonra.axı men bir ata kimi balamı görmey isdemey haqqım yoxdur.meni yoldasımı barısdırmır Naxcıvan merkemesi.yene deyirem deyir erize versinler sonra.axı bu barısma olmasa,bu proses uzun surecek,bu vaxtda qeder men balamı görmey isdiyirem axı men atayam.xais edirem mene kömeklik edesiniz,mene bir yol gösderesiniz.evvelceden cox saqolun.

Cavab: Cavab: “Uşaqla görüş hüququnuzun təmin edilməsinə dair” Ananın qeydiyyatda olduğu yer üzrə Məhkəməyə İddia Ərizəsi ilə müraciət edə bilərsiz.

13:44

21-08

CEYHUN MAMEDOF

Sual: Salam. Əgər vətəndaşın qaza gore borcu mehkemenin qerarı ilə kəsilibsə və vətəndaş sonradan özbaşına müdaxilə edərək rezin boru vasitəsi ilə həmin kəsilmiş hissəni birləşdirirsə bu İXM-in hansı maddəsi ilə tövsif olunmalıdır?

Cavab:

İşin hallarından asılı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116, 118 və 320-ci maddələri ilə tövsif oluna bilər.

06:57

20-08

VüQAR PIRMURADOV

Sual: Salam.Həyət evini girov qoyaraq bankdan kredit goturmusuk.Sonradan odəmələrde gecikmələr oldugu uçun bank məni məhkəməyə verdi.ancaq müştəri olaraq bank mənə çox ziyan vurub.Məhkəmə qətnamə çıxarıb ki iddia qismən təmin edilsin.Qətnamədə göstərilib ki, ev hərrac yolu ilə satılsın.Evdəki yaşayan şəxslərin evdən çıxarılması təmin edilməsin.Evdə 9 bas kulfətik.uc korpe usaq var.Yən mən bilmək istəyirəm evimiz satıla bilərmi.? Əvvəlcədən Sizə minnətdarıq.

Cavab: Əgər qanuni qüvvəyə minmiş qətnamə varsa satıla bilər.

05:07

20-08

ADIL ELIYEN

Sual: Menzili kirayeye verdikde vergi odenilmelidirmi ,odenilmelidirse kiraye mebleginin nece faizi odenilmelidir?

Cavab:

Bəli vergi ödənilməlidir. Kirayə məbləğinin 14 %-i

15:27

19-08

ƏLIYEVA RAMILə

Sual: salam.menim iki evladim var.hamileyem. ayrilmaq isteyirem.işlemirem.amma diplomum var.yoldasim ayrilma zamanı evladimin götüre biler menim razılığım olmadan.ve bunu etmek üçün onun hansı əsasəları olmalıdı.cox saq olun

Cavab: Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. 
BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.

01:04

19-08

MEMMEDOVA ILHAME

Sual: salam,men nikah baglamaq isteyirem sened vermede menim istirakim vacibdi? men olmadanda nisanlim sened verib blanki doldura biler yoxsa her ikimizinde istiraki vacibdi ve birde artiq yalniz nikah asan xidmetde mumkundu yoxsa nigah baglayan bawqa qurumda var? xais cvb

Cavab:

Sizin iştirakınız vacibdi. Sizin nikahınızı , nəinki “ASAN xidmət” mərkəzlərində, eyni zamanda ölkə ərazisində yerləşən istənilən VVAQ orqanlarında qeydə ala bilərlər.

03:03

16-08

TACIR RECEBOV

Sual: salam.size bir sualim var.eger ana 9ayliq usaqimizi goturub anasi gile aparibsa sozde bosaniram deyib mene balami gosdermir ana bendindede 6 ayliq usaqim var.men nece eliye bilerem ki usaqi gorum.mehkemeye muraciyet eledim dedi erize versinler sonra baxariq.ama men bosanmaq isdemirem.bosanma prosesi cox uzun surecek,bu surede men balalarimi nece gore bilerem.evvelceden tesekkurler.

Cavab: “Uşaqla görüş hüququnuzun təmin edilməsinə dair” Ananın qeydiyyatda olduğu yer üzrə Məhkəməyə İddia Ərizəsi ilə müraciət edə bilərsiz.

14:09

15-08

AGAYEV DOVLET

Sual: salam,bowanma vaxti hansi hallarda yawi 10dan az olan uwaqlar ata ile qalma wansi var?umumiyyetle uwaqlardan kimle qalmasini istemeleri barede soruwulurmu yawi 10dan azdisa,qeyd edimki valideyinlerin hec birinin fiziki ve eqli narahatciliqi yoxdu

Cavab:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır.
Qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər.
BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.
 
 

04:42

15-08

NEBIYEVA NIGAR

Sual: Salam. Ev menim adimadir. Eger qardawim qizini ustume yazdirsam o evden ona pay duwecek?

Cavab: Xeyr, pay düşməyəcək.

13 14 15 16 17