Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Baku, Fuzuli (former Basin) str. 49, "SKS" Plaza, 8th floor
Tel/Fax: +994 12 492 28 83
             +994 12 492 03 57
E-mail: info@lawreform.az

LEGAL COUNSEL

Secure code           

06:11

10-03

ƏBüLFəZ QAFAROV

Question: boşanma zamanı mülkün bölünməsi hansı qaydada aparılır ətraflı məlumat verərdiniz zəhmət olmasa

Answer:  Hörmətli vətəndaş, AR Ailə qanunvericiliyinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 

Ər-arvadın ümumi birgə mülkiyyətinə:
           -  onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
            - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.

03:18

02-03

MəHəMMəD ABDULHəMIDOV

Question: Salam. Ev satışı haqqında yeni qanun qüvvəyə mindi, 3 il ərzində ev almış şəxslərdən 14% vergi tutulması barədə. Mən bilmək istərdim, bu qanun qüvvəyə mindikdən sonra alınan evlərə şamil olunur, yoxsa, mən 2013cü ildə ev almışamsa, mənə də şamil olunur?

Answer:  Hər bir qəbul edilən qanun yalnızca onun qüvvəyə mindiyi gündən sonra yaranan hüquqi-münasibətləri tənzimləyir. Əgər qanunun geriyə qüvvəsi şamil ediləcəksə o qanunun özündə nəzərdə tutulmalıdır. daha dəqiq desək sizin alqı-satqı münasibət6iniz bu dəyişiklik qüvvəyə minənə qədər baş verdiyindən sizə şamil edilmir.

16:50

25-02

QASIMOVA NURIYYE

Question: Salam.Kecmis heyat yoldasim aliment borcundan yayinmaq ucun guya ickini atmaq behanesi ile narkoloji dispanserde yatir.Bu onu alimentden azad edirmi?Alimenti o odemirse kim odemelidir?Indiye kimi 1500 azn.e qeder aliment borcu var.Evvelceden cavabiniz ucun tesekkurler.

Answer:  Xeyr, azad etmir. AR Ailə Məcəlləsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar.

07:46

25-02

SERIYYE EKBEROVA

Question: Sizden oyrenmey isteyiremki bir uşaqa gore alimentin meblegi ne qederdi

Answer: Hörmətli vətəndaş, AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:


1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi

16:14

24-02

FAIRA MAMMADOVA

Question: Salam. Vərəsəliklə ev satılıb. Özümün və övladlarımın payının satışına razılıq vermişəm. Evin satılması üçün maklerə etibarnamə verilib. Satışdan sonra pul bölgüsü zamanı bizim aileye çatan payın 1/3-ni vermədilər. Pulu alarkən Notarial qaydada imzaladım ki,başqa iddiam ve telebim yoxdur. 8ay keçib bu meseleden. Mehkemeye müraciet edib haqqımı teleb ede bilərəmmi?

Answer:   Mülki prosessual məcəllənin 4.2.-ci maddəsinə əsasən "Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır." yəni əvvəlcədən yazmış olduğunuz ərizə sizin məhkəməyə müraciət etmək hüququnuzu məhdudlaşdırmır.

08:02

23-02

TURAL AMIRALIYEV

Question: salam..eger kiwi ile qadin bowaniblarsa..uwagin huquqlari anaya verilir ..bu beledi?ve eger hemin usaq ovladliga verilirse yalniz ananin raziligi ves edir?yoxsa atada raziliq vermelidir?

Answer:  Ər və arvad arasında olan Nikah pozulan zaman adətən 10 yaşına qədər olan uşaqlar Məhkəmə Qətnaməsi ilə ananın yanında saxlanılır. Ancaq bu Qətnamə Uşaqğında atasının hüquqularının itirilmiş hesab edilməsi deyil. Atanın uşaq üzərin Ünsiyyətdə olmaq, Tərbiyə və təhsili ilə maraqlanmaq və s. kimi hüquqları qalır. Boşanma halından sonra uşaq övladlığa verilərkən belə Atanın razılığı lazımdır.

16:24

22-02

ZAUR RZAYEV

Question: Qeyri rəsmi (zaqsız) nigahdan olan uşağa doğum şəhadnaməsi, şəxsiyyət vəsiqəsi necə alınmalıdır. Uşaq atasının adına necə qeyd edilməlidir? əvvəlcədən təşəkkür edirəm sualımı oxuyub cavablandırsaz.

Answer:  Uşaq üçün Ana doğum haqqında arayışya Doğum şəhadətnaməsi almaq üçün müraciət edərkən Ata da öz şəxsiyyət vəsiqəsi ilə müraciət edir və uşağın atası olması faktını öz imzası ilə təsdiq edir. Atalığın müəyyən olunması haqqında şəhadətnamə ilə birgə Uşağa doğum şəhadətnaməsi də alınır. Bununla bağlı ərazi aidiyyatı üzrə ASAn xidmət mərkəzinə də müraciət edə bilərsiz.

06:35

21-02

KONUL QEDIROVA

Question: Salam menim sualim odurki men evliyem ve qaynanamgilde men usaqlarim ve yoldasim eve propiskadir ev ise qaynanamn adinadir. Eger qaynanam bizi evden cxarsa biz oz haqqimizi teleb edib ev payi ala bilerik?

Answer:  Əgər siz 2000-ci ilin sentyabrın 1-dən qabaq gəlin köçmüsünüzsə istifadə hüququna görə kompensasiya ala bilərsiz. 2000-ci ilnin sentyabrın 1-dən sonra gəlin köçmüsünüzsə heç bir pay kompensasiyası düşmür.

13:53

19-02

MEHDI MEHDIYEV

Question: Salam. Men Azerbaijan Respublikasinin vetendasiyam. Ama Boyuk britaniyada yasayiriq . Yoldasim litva vetendasidir usaqlar britaniyada dogulub . Amma Litva pasportlari var . Azerbaycana gelmek ucn viza lazimdirmi her defe?

Answer:  Azərbaycan Respublikasının vətəndaşına viza lazım deyil. Digər ailə üzvlərinizə viza lazım olacaq.

09:55

19-02

VAFA

Question: Salam!Ata Ananin resmi nigahi yoxdursa atanin mulkiyyetinden usaga pay dusur?

Answer:  Ata öldükdən sonra vərəsəlik qaydasında düşür.

1 2 3