06:45
29-04
Sual: Atam vəsiyyətnamə ilə özünə məxsus olmuş əmlakları mənim və qardaşımın arasında bölüşdürmüşdür. Lakin mülkiyyətində olmuş avtomobilə dair vəsiyyətnamədə hər hansı göstəriş yoxdur. Bu halda, həmin avtomobil vərəsəlik qaydasında kimə keçəcəkdir?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Mülki Məcəllənin 1172-ci maddəsinə görə əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
Göründüyü kimi, mərhum atanıza məxsus olmuş avtomobil vəsiyyətnamədən kənarda qalmış əmlak kimi adı çəkilən 1172-ci maddəyə müvafiq olaraq atanızın qanun üzrə vərəsələri arasında bərabər paylarda bölüşdürülməlidir.
03:29
24-04
Sual: İxtisar zamanı hansı işçilər işdən çıxarıla bilməz?
Cavab: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
01:45
24-04
Sual: İşəgötürən həqiqi hərbi xidmətə çağırılmış işçi ilə olan əmək müqaviləsini ləğv edə bilərmi?
Cavab: Bu halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsindən deyil, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsindən söhbət gedir.
08:24
17-04
Sual: Salam! Mən, yaşadığımız mənzilin özəlləşdirilməsi ilə bağlı Sizə müraciət edirəm. Yaşadığımız mənzil 1989-cu ildə "Qaradağ Quşçuluq Fabriki" tərəfindən həmin müəssisənin işçisi olan atam Dəmirov Abbas Ramazan oğluna Xidməti Yaşayış Sahəsi kimi verilmişdir. Lakin Xidməti Yaşayış sahələri "Xüsusi Təyinatlı Mənzil Fonduna" aid olduğu üçün mənzilin özəlləşdirilməsinə icazə verilmir. (Mənbə: Mənzil Məcəlləsi 91.3-cü maddə) Yəni belə çıxır ki, mənzilimizi özəlləşdirmək üçün gərək mənzil "Xüsusi təyinatlı Mənzil Fondundan" çıxarılsın. Bu isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, Mərkəzi İcra Hakimiyyəti Orqanının qərarı əsasında həyata keçirilir. (Mənbə: Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 119 n-li Qərarının 1.8-ci maddə) Bunun üçün mən Qaradağ r-nu İcra hakimiyyətinin əməkdaşlarına şifahi müraciət etdikdə onlar mənzilin özəlləşdirilməsinin mümkün olmadığını bildirdilər. Sizdən xahiş edirəm mənzilin özəlləşdirilməsi ilə bağlı mənə yardım edəsiniz. Öncədən təşəkkür edirəm. Sağolun! Hörmətlə, Dəmirov Samir Abbas oğlu
Cavab: Qaradağ r-nu İcra hakimiyyətinə yazılı müraciət edin, imtina cavabını aldığınız gündən 30 gün müddətində cavab vermədikləri təqdirdə isə 35 gün müddətində aidiyyatı İnzibati-İqtisadi məhkəməsində cavabdeh Qaradağ İH-i olmaqla Məcburetmə haqqında iddia qaldırmaqla Məhkəmə Müdafiəsindən istifadə edə bilərsiz.
07:27
30-03
Sual: Mənim atam Səmədov Nəsib 1991-ci ildə Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsi 7-ci dairəvi ev 24 ünvanındakı Fərdi yaşayış evi əldə edib. Fərdi yaşayış evinin texniki pasportu və qeydiyyat vəsiqəsi var. Torpaq sahəsi 10 sotdur və fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulub. Biz həyətin bir tərəfində icazə almadan yeni ev tikmişik. Tikilən ev şəhərsalma və tikinti normalarına cavab verir. Biz indi həmin evə sənədləşdirmək istəyirik. Mənə nə sənədlər lazımdır və hansı qurumlara müraciyət etməliyəm. Çox xahiş edirem geniş cavab yazın. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Cavab: Tikilinin Layihəsini bu işlə məşqul olan şirkətlərin birində çəkdirdikdən sonra Layihənin Təsdiqlənməsi üçün aidiyyatı İcra Hakimiyyətinin Memarlıq və Arxitektura şöbəsinə müraciət etmək lazımdır. Tikilinin Layihəsi bu qurum tərəfindən təsdiqləndikdən sonra tikili qanuni tikili hesab olunur və mülkiyyət hüququnu qeydə aldırmağınız üçün aidiyyatı DƏDRX-ya müraciət edə bilərsiz.
06:44
19-03
Sual: Salam. Torpaq ve emlak vergisinin odenilmesi ucun inzibati erazi bolgusunu deqiqlewdirmek gerekir. Tovuz weherinin merkezinde yawayiram. Yawayiw yerim 3 cu kateqoruyaya yani diger weherler, rayon merkezleri olan kateqoriyaya duwur, yoxsa 4 cu kateqoriyaya yani rayon tabeliyinde olan weherlere? Tovuz rayonunda iki weher var, Tovuz weheri ve Qovlar weheri
Cavab: Bu barədə aidiyyatı Qurum olaraq Dövlət torpaq və Xəritəçəkmə komitəsinə sorğu ilə müraciət edə bilərsiz. Ancaq həmin qurumda LəğvEtmə komissiyası fəaliyyət göstərdiyindən Onların səlahiyyəti ƏM üzrə DK-i yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə keçdikdən sonra bu quruma müraciət etməklə və ya Vergilər Nazirliyinə Sorğu yazmaqla məsələni dəqiqləşdirə bilərsiz.
16:18
13-03
Sual: SALAM.MEN GOYCAY qeydiyyatindayam.(1985.10.20).Yoldasim BAKI qeydiyyatli(dogum tarixi(1979.09.11).Bir ovladimiz var.Evimiz yoxdur.Yoldasim seker xestesidir.Mene sosial yardim dusurmu?Dusurse hansi senedler lazimdir?Hansi halda sosial yardim vetendas ala bilmez?
Cavab: Aynur xanım, Ünvanlı Sosial yardım üçün vətəndaş müraciət etdikdən sonra aidiyyatı qurumda yaradılmış komissiya tərəfindən yaşayış yeri üzrə yoxlama həyata keçirilir, ehtiyac meyraı müəyyən edilir. Bu kimi prosedurlardan sonra Ünvanlı Sosial Yardımın məbləği müəyyən edili və təyin edilir. ərazi aidiyyatı üzrə Ünvanlı Sosial yardım Mərkəzinə müraciət edən tələb olunan sənədlərin siyahısını onlardan əldə edə bilərsiz. əgər hər hansı bir qanun pozuntusu ilə qarşılaşsaz, o zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edin.
15:27
13-03
Sual: dollarla goturen kreditler haqda ,xahis edirem ki,qanuna esasen bir nelumat vererdiniz.
Cavab:
15:19
12-03
Sual: Men telebeyem.. Anam 2 ci qrup elildir. Atamda rehmete gedib.. men atama göre pensiya alirdim.bu pula men dolana bilmediyime göre is tapdimki isleyim.. menim pulumu kesdiler.. bu ne derecede duzgundur??
Cavab: Məsələnin mahiyyətini və şikayətinizi əks etdirən bir Ərizə ilə Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyinə və Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur.
06:11
10-03
Sual: boşanma zamanı mülkün bölünməsi hansı qaydada aparılır ətraflı məlumat verərdiniz zəhmət olmasa
Cavab: Hörmətli vətəndaş, AR Ailə qanunvericiliyinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.