Tarix üzrə xəbər axtarışı:






İnsan hüquqları
üzrə Avropa
məhkəməsinin
BÜLLETENİ
İnzibati hüquq
sual-cavab
Hesabat
Layihənin adı
Məzmunu
Donor və tərəfdaşlar
Tarix
İcra vəziyyəti
 
 
 
 
 
 
1.
"Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin kommentariyası"nın nəşri
BMT tərəfindən hazırlanan və hakimlərin etik davranış qaydalarını normativləşdirən bu universal sənəd hakimlərin etik davranış qaydalarının toplusudur. Layihə çərçivəsində qeyd olunan nəşr Azərbaycan dilinə tərcümə olunmuş 1000 nüsxə kitab hakim korpusu və hüquqşünaslar arasında pulsuz paylanılmışdır.
QHTDDŞ, GİZ
2011
yekunlaşıb
 
 
 
 
 
 
2.
“Müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları” adlı beynəlxalq konfrans
Layihə çərçivəsində Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin təbliği məqsədi ilə hakimlərin, vəkillərin və BMT-dən, CEPEJ-dən və Türkiyə Respubikasından olan beynəlxalq ekspertlərin iştirakı ilə Ali Məhkəmədə beynəlxalq konfrans keçirilmişdir. Tədbir KİV-də geniş işıqlandırılmışdır.
Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, GİZ
2011
yekunlaşıb
 
 
 
 
 
 
3.
"Vəkil məsləhətləri toplusu" kitabının nəşri
Kitab hüquqa dair müxtəlif sual-cavablar toplusundan ibarətdir. "Azərbaycan", "Zerkalo" qəzetlərində 2009-cu ildən etibarən dövrü olaraq "Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir" rubrikası fəaliyyət göstərir və vətəndaşların hüquqa dair cavablandırılmış müxtəlif sualları nəşrdə öz əksini tapmışdır. 1400 nüsxə kitab aztəminatlı ailələr və tələbələr arasında pulsuz paylanılmışdır. KİV-lərin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilmişdir.
QHTDDŞ, "Azərbaycan" qəzeti, Bakı Hüquq Mərkəzi
2012
yekunlaşıb
 
 
 
 
 
 
4.
"Avropa İnsan Hüquqları Məhkəməsi" kitabının nəşri
Qeyd olunan dərs vəsaiti Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətinə, onun işləmə mexanizminin öyərilməsinə həsr olunmuşdur. 500 nüsxdə nəşr olunan kitab Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi qeydiyyatdan keçmişdir.
Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı təşkilatı
2012
yekunlaşıb
 
 
 
 
 
 
5.
"Vəkillik hüquq" kitabının nəşri
Bu vəsait Azərbaycanda vəkillik sahəsinə həsr olunmuş və ali məktəblərin hüquq fakültələri üçün nəzərdə tutulmuş ilk peşəkar dərslikdir. Qeyd olunan vəasit bu sahədə mövcud olan boşluğu qismən doldurmuş və 1000 nüsxə kitab hüquq istimaiyyəti arasında pulsuz paylanılmışdır.
GİZ
2012
yekunlaşıb