Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Baku, Fuzuli (former Basin) str. 49, "SKS" Plaza, 8th floor
Tel/Fax: +994 12 492 28 83
             +994 12 492 03 57
E-mail: info@lawreform.az

LEGAL COUNSEL

Secure code           

15:01

22-07

İLKIN XELFETOV

Question: SALAM MEN BİLMEY İSTERDİMKİ HERBİ XİDMETDE ALDİGİM XESTELİYE GORE TEXRİS OLUNAN BİRİ 3 CU QRUP ELİLLİK DERECESİ OLAN BİRİ HER HANSİSA ALİ MEKTEBİ BİTİRİB DOVLET İSİNDE İSLEYE BİLERMİ ???

Answer: Bu sualın cavabı əlilliyə səbəb olan xəstəliyin xarakterinə, müvafiq dövlət işinin sahəvi xüsusiyyətlərinə və həmin xəstəliyin (əlilliyin) müvafiq işdə işləməyə imkan verib-verməməsinə bağlıdır.  

13:29

22-07

GULAY ALIYEVA

Question: Salam sizden birsoz soruwmaq isdeyirem.menim papam polis iscisi olub vaxdiyle xesdeliyden dunyasini deyisdi indi onun aldiqi pensiye pulu koce biler mamama. Hec yerde islemir nede pensiye almir xayis edirem cavablandirin

Answer: “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əgər ananız qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud 1-ci və ya 2-ci qrup əlildirsə və yaxud yaşından və əmək qabiliyyətindən asılı olmayaraq vəfat etmiş atanızın 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 

04:21

22-07

SEVINC BUNYATOVA

Question: salam . bizim şirkətimiz avqustun 1-i bağlanır . Əmək məcəlləsinə əsasən bizə işlədiyimiz müddətdən əlavə neçə ayın maaşı ödənilməlidir ? Əvvəlcədən təşəkkür edirəm .

Answer: Əmək Məcəlləsinə əsasən, müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsi ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

03:13

22-07

SETULLAYEV KAMRAN

Question: usaqlarin sayina gore atam 1972 ilde sumqayida 4 otaqli ev alib.iki qardasim subay,bir bacim erdedir.atam mene basqa yerde ev almaq serti ile qeydiyyatdan cixarib.o zaman yeni 2005 ilde,evatamin adina idi.meni cixaran kimi evi anamin adina kecirib.aldadigimi gorub yeniden qeydiyata dusmek ucun mehkemeye muraciet etdikde evi qardasimin adina keciribler.qeydiyyata duse bilmirem.evliyem,yoldasim ve 2oqlum qaynimin evinde qeydiyyatdadir.bilmek isterdim,men yeniden atamin,evine yeni ev alinan ilden qeydiyatda olduqum eve qeydiyata duse bileremi,ve mene dusen ata pyi dusurmu.

Answer: Evin hal-hazırda qardaşınızın mülkiyyətində olması nəzərə alınmaqla, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə əsasən Sizin həmin evə yenidən qeydiyyata düşə bilməyiniz üçün qardaşınızın notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi lazımdır. Həmin ev artıq atanızın mülkiyyətini təşkil etmədiyi üçün Sizə pay düşmür.  

13:07

20-07

HESIMOVA LAMIYE

Question: SALAM.sualim beledi-yanvar ayinda bosanan hamile xanimin may ayinda evladi dunyaya gelib.2 ay sonra kecmis heyat yoldasina usaqa metulka almaq ucun sexsiyyet vereqesinin ve miqrasyadan sened lazim olduqunu ve vermesini isteyib-qarsi terefin cavabi-men hec bir sened vere bilmerem,get nece isteyirsen elede sened al.indi xanim nece sened alsin?

Answer: Məhkəmədə ona qarşı iddia qaldırmaq lazımdır. Çünki valideyn kimi öz vəzifələrini yerinə yetirmir. 

09:02

20-07

SHAHIN QEHRAMANOV

Question: Salam.Ucan otagi ve ya dami(kriwani)berpa etmek ucun icaze almaq lazim?tesekkurler

Answer: Yerli icra hakimiyyəti orqanına müraciət edin. 

07:31

20-07

ZABITOVA TURKAN

Question: Salam! men 2 il bundan evvel aile qurdum.kocdum yoldashimin evine.1 ilden sonra o evi satdiq.ve hemin ev deyerinde bashqa ev aldiq.men iwlediyim ucun musteqil qazancim olub.butun pulumuzu temirine xercledik.yola gedmediyimiz ucun boshanmaq qerarina gelmishik.bilmek isterdim ki o evden mene pay dushur mu?

Answer: AR Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Əgər ikinci evə qoyulmuş təmir xərcləri nəticəsindən həmin əmlakının dəyəri xeyli artmışsa, onda Siz həmin əmlakın birgə mülkiyyət sayılmasını tələb edə bilərsiniz. 

01:04

20-07

NURANE ABBASOVA

Question: Cavabladiginiza gore cox sag olun...torpagin mulkiyyetini nece elde ede bilerem? Mende belke de var deye bilersiz hansi senedde gosterilir evden elave torpagin da mulkiyyet huquqna malik olmam??? Zehmet olmasa cavab vererdiz...

Answer:  AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Əgər hüququnuz qeydə alınmayıbsa, onda mülkiyyət hüququnuzdan danışmaq mümkün deyildir. Torpaq üzərində mülkiyyət hüququnuzu təsdiqləyən sənəd Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və sairdir.

20:26

19-07

KERIM-ZADE ELMAN

Question: SALAM.MEN SERTI AZADLIQA CIXMISAM.2 IL SERTI IS ALMISAM 1 ILI QUTARIB .MEN OLKE XARICINE CIXA BILEREM?

Answer: AR Miqrasiya Məcəlləsinin 9.3.4-cü maddəsinə görə, üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə — müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 

15:12

19-07

AYNUR ARIFQıZı

Question: Salam.2007ci ildə Gəncə şəhər məhkəməsinə mürciət edib atlarının mülkündən iki oğlum üçün yaşamaq hüququ iddiası qaldırdım və iddiam təmin olundu.Qarşı tərəf Apellyasiya şikayəti versədə yenə mənim iddiam təmin olundu.Həmin evdə yanğın olmuş, ev yararsız hala düşmüşdü, sağ qalan hissəni isə məhkəmə dövründə yararsız hala saldılar və mənə başqa ev təklif etdilər.Gəlin köçdüyüm evə iddialı olduğumu söylədim, uşaqlar böyüyüb özləri təmir edərlər dedim. Yenə mənim iddiam təmin təmin olundu.Rusiya vətəndaşı olan baldızım təkrar iş qaldırıb(08.07.14 -də məhkəmə oldu) yaşamadığımız üçün qeydiyyatdan çıxarır və hərəmizə 5000 AZN (15000)ödəməklə kompensasiya verir.Bu illər ərzində Dövlət orqanlarına təmirlə bağlı müraciətlər etmişəm amma boş vədlərdən başqa fayda olmayıb.Vəkil tutmaq imkanım yoxdur.Atalarının varısi olaraq onlara pay düşürmü? Apellyasiya şikayəti vermək üçün sənəd toplayıram.Mənə nə cür yardımçı ola bilərsiz? Vəkil məsləhətiylə bağlı. ÖNCƏDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.

Answer: Sualınızda göstərdiyiniz məlumatlar natamam olduğundan dəqiqliklə cavablandırmaq çətindir, bununla belə aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik. Mübahisəli ev uşaqlarınızın atasının mülkiyyətindədirsə, onların və Sizin istifadə hüququnuzun olması aşkardır. Əgər əriniz vəfat etmişdirsə, Sizin və uşaqlarınızın qanun üzrə vərəsə kimi evdən miras pay almaq hüququnuz vardır. Əgər əriniz vəfat edənə qədər boşanmışdınızsa, onda Siz ərinizin vərəsəsi hesab edilmirsiniz. Əgər əriniz sağdırsa, indiki vəziyyətdə uşaqlarınızın mübahisəli evə dair miras payından söhbət gedə bilməz, çünki miras şəxs öldükdən sonra açılır. Əgər ev ərinizin mülkiyyətindədirsə, baldızınızın Sizə qarşı kompensasiya verilməklə istifadə hüququnuza xitam verilməsini tələb etmək hüququ yoxdur, çünki belə bir hüquq yalnız mülkiyyətçiyə məxsusdur.  

1 2 3